Lorenzo di Nikkolo () — 1392-1412-ci illərdə Toskana şəhərlərində yaşayıb yaratmış italyan rəssam. Əvvəl o, rəssam Nikkolo Cerininin oğlu hesab edilsə də, müasir dövrdə 1398-ci ilə aid Florensiya vergi reestrinin tədqiqi rəssamın tam adının Lorenzo di Nikkolo di Martiono olduğunu göstərmişdir və buna görə də tədqiqatçılar Nikkolo Cerini ilə qohumluq əlaqəsi fikrini səhv hesab edirlər.

Yaradıcılığı Erkən İntibah dövrünə təsadüf edən Lorenzo di Nikkolo Treçento tərzində yaratmışdır. Onun, Qotik incəsənətin təsirini saxlayan əsərləri, İntibaha keçid və klassik antik incəsənətə qayıdış arasındakı mərhələni simvolizə edir. Lorenzonun əsərləri əsasın qızılı fonda tempera ilə çəkilmiş və müxtəlif dini mövzulara həsr edilmişdir.

İstinadlar

Kateqoriya:XIV əsr İtaliya rəssamları Kateqoriya:XV əsr İtaliya rəssamları Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:Florensiyada doğulanlar Kateqoriya:İtalyan intibah rəssamları Kateqoriya:Qotik rəssamlar Kateqoriya:Fresko rəssamları Kateqoriya:Florensiyada vəfat edənlər Kateqoriya:Kvattroçento rəssamları Kateqoriya:Florensiya rəssamları