thumb|Kompyuter tomoqrafiyasında kollid kista Kolloid kista beynin xoşxassəli (bədxassəli olmayan) şişi sayılır. Bu kista, epitel toxumasından ibarət bir qişa içərisində yerləşən jelatinəbənzər maddədən ibarətdir. Demək olar ki, həmişə Monro dəliyinin arxasında, beynin üçüncü mədəciyinin (ventrikl) ön hissəsində, yəni mədəciyin yuxarısından başlayan sahədə yerləşir.

Kolloid kistanın yerləşmə yeri onun beyin mayesinin axınına (likvor) maneə yaradaraq obstruktiv (bağlayıcı) hidrosefaliya və kəllədaxili təzyiqin yüksəlməsi ilə nəticələnməsinə səbəb ola bilər. Kolloid kistalar bütün kəllədaxili şişlərin təxminən 0,5–1,0 %-ni təşkil edir. Simptomlarına baş ağrısı, başgicəllənməsi, yaddaş pozğunluqları, diplopiya (ikili görmə), davranış pozuntuları aiddir. Bəzi hallarda ölümlə də nəticələ bilər. Bu xəstəliyin əsas əlamətlərindən biri də simptomların vaxtaşırı yox olub yenidən yaranmasıdır (epizodik xarakterli olması). Əgər bu kistaların səbəb olduğu təzyiq müalicə olunmazsa beyin yırtığına (beyin toxumasının sıxışması və yer dəyişməsi) gətirib çıxara bilər ki, bu da insan üçün həyati təhlükə yaradır. Kolloid kista simptomları kistanın ölçüsü, kistanın vizual görüntü xüsusiyyətləri (MRT və KT-də), beyin mədəciyinin ölçüsü və xəstənin yaşı kimi amillərlə sıx əlaqəlidir. Kolloid kistaların genetik mənşəyi dəqiq bilinməsə də, onların entodermal (rüşeym təbəqəli) mənşəli olması ehtimal edilir. Bu isə, öz növbəsində, bəzi kistalarda müşahidə olunan müsin ifraz edən kirpikli hüceyrə tipini izah edə bilir. Bu kistalar simptomatik və ya böyük olduqda cərrahi yolla çıxarılırlar.

Simptomları Üçüncü mədəcikdə yerləşən kolloid kistaları olan pasiyentlərdə simptomlar adətən kistanın sürətlə böyüməsi nəticəsində meydana çıxır. Bu zaman beyin və onurğa sütunu mayesinin (likvor) axını bağlanır (obstruksiya yaranır), ventrikulomeqaliya (beyin mədəciklərinin genişlənməsi) və kəllədaxili təzyiqin artması baş verir. Lakin, bəzi hallarda kistalar daha yavaş böyüyür və bu, orqanizmin kütlənin artmasına uyğunlaşmasına imkan verir. Bu zaman beyin və onurğa mayesinin axını pozulmur və xəstəlik simptomsuz davam edə bilər. Bu kimi hallarda, əgər kistanın böyüməsi dayanarsa, pasiyentin beyin mayesinin ifrazı və sorulması arasında sabit bir balans yaranır və neyrocərrahi müdaxiləyə ehtiyac olmur.

Diaqnozu thumb|Adi beynin və kolloid kistalı beynin təsviri. Kolloid kistaların diaqnozu müşahidə olunan simptomlara əsasən qoyulur. Lakin, əlavə müayinə və fərqləndirici diaqnostika da (diaqnozun dəqiqləşdirilməsi) tələb oluna bilər. MRT (maqnit-rezonans tomoqrafiya) və KT (kompüter tomoqrafiyası) diaqnozu təsdiqləmək üçün ən çox istifadə olunan üsullardır.

Xəstəyə baxım Müalicənin müxtəlif variantları mövcuddur. Bu variantlar simptomların ağırlığından və onların pasiyentin ümumi vəziyyətinə təsirindən asılı olaraq dəyişir. Əsas müalicə üsullarına müşahidə (dinamik nəzarət), kraniotomiya yolu ilə mikrocərrahi rezeksiya (şişin çıxarılması), neyroendoskopik yolla kistanın çıxarılması, stereotaksik drenaj və iki tərəfli ventrikuloperitoneal yolla beyin-onurğa mayesinin axıdılması aiddir.

Cərrahi yolla çıxarılması Endoskop kiçik bir kəsik vasitəsilə beyinə daxil edilir və daha sonra beyin mədəciklərində yerləşən şişə doğru irəlilədilir. Şişə elektrik cərəyanı ilə təsir göstərilir.Colloid Cyst — New York Presbyterian Hospital Nyp.org. Retrieved on 2013-08-15. Əvvəlcə kistanın daxili hissəsi çıxarılır, daha sonra isə kista divarı aradan qaldırılır. Qalan kista hissələrinin məhv edilməsi üçün də elektrik cərəyanından istifadə olunur. Bu prosesin bütün mərhələləri, yəni kəsiyin bağlanması və endoskopun çıxarılması təxminən 45 dəqiqədən 1 saata qədər vaxt aparır. Pasiyentlər adətən əməliyyatdan 1 və ya 2 gün sonra xəstəxananı tərk edə bilirlər. 18 mm-dən kiçik kistalar üçün endoskopik çıxarılma üsulu ilə mikrocərrahi üsula nisbətən daha yüksək həyat keyfiyyəti və daha yaxşı idrak (kognitiv) nəticələr əldə edildiyi müəyyən edilmişdir. Başqa bir tədqiqat göstərmişdir ki, ventrikulomeqaliya (beyin mədəciklərinin genişlənməsi) endoskopik çıxarılma üçün əks göstəriş sayılmamalıdır, çünki bu hal müqayisə edilə bilən fəsad tezliyi ilə müşahidə olunur. Digər bir araşdırmada isə diametri 16–22 mm olan retraktor borular əvəzinə 12 mm-lik daha kiçik retraktor borusundan istifadə edilmiş və kistanın çıxarılması uğurla aparılmışdır. Daha kiçik retraktor rezeksiya zamanı toxuma zədələnməsini minimuma endirmişdir. Əməliyyat zamanı neyroendoskopik üçüncü ventrikulostomiya aparıla bilər. Əməliyyatdan sonra hidrosefaliyanın qarşısını almaq məqsədi daşıyır və ikitərəfli şunt yerləşdirilməsinə olan ehtiyacı aradan qaldıra bilər.Costas G. Hadjipanayis?action=edit&redlink=1|Hadjipanayis, Costas G.; Schuette, Albert J.; Nicholas, Boulis; Charlie, Hao; Daniel L., Barrow; Charlie, Teo (July 2010). "Full Scope of Options" . Neurosurgery. 67 (1): 197–205. Цифровой идентификатор объекта|doi:doi:10.1227/01.neu.0000370602.15820.e4|10.1227/01.neu.0000370602.15820.e4. PubMed Central|PMC 2888508 . PubMed|PMID 20559107 .Garegnani, Luis; Franco, Juan VA; Ciapponi, Agustín; Garrote, Virginia; Vietto, Valeria; Portillo Medina, Santiago Adalberto (16 June 2020). "doi:10.1002/14651858. CD012726.pub2|Ventriculo-peritoneal shunting devices for hydrocephalus". Cochrane Database of Systematic Reviews. 2020 (6): CD012726. Цифровой идентификатор объекта|doi:doi:10.1002/14651858.cd012726.pub2|10.1002/14651858.cd012726.pub2. Международный стандартный сериальный номер|ISSN issn:1465–1858|1465–1858. PubMed Central|PMC 7388891 . PubMed|PMID 32542676 .

Üçüncü mədəcikdəki kolloid kistalar çıxarılan pasiyentlər bəzən gündəlik yaddaşla bağlı çətinliklər yaşaya bilirlər. Bu xəstələrdə müşahidə olunan mammilyar cisimlərin atrofiyası və bu atrofiya ilə gicgah payından (temporal paydan) svod vasitəsilə gələn sinir əlaqələrinin qismən itirilməsi arasında əlaqə olduğunu göstərir.

İstinadlar

Ədəbiyyat

Melbourne Neurosurgery

Kateqoriya:Nadir xəstəliklər Kateqoriya:Mərkəzi sinir sisteminin pozuntuları Kateqoriya:Kistlər