right|thumb|Filiki Eteriyanın binası, Odessa

Filiki Eterya (, ) — Yunanıstanı Osmanlı imperiyasının işğalından azad etmək məqsədi ilə 1814-cü ildə bir qrup yunan tərəfindən yaradılmış məxfi bir cəmiyyət. Bu cəmiyyətin adı bəzi mənbələrdə Etnik-i Eteriya kimi də göstərilir.

Bu sözün mənası “Dostluq Cəmiyyəti” deməkdir. Onlar Qərbi Avropada fəaliyyət göstərən məxfi mason cəmiyyətlərinin yaradılış və fəaliyyət göstərmə üsullarını mənimsəmişdilər.Hatipoglu, M., (1988), Yunanistan'daki Gelişmelerinin Işığında Türk-Yunan İlişkilerinin 101 Yılı (1821-1922),Türk Kültürünü Ars.Ens. Yay., Ankara. Filiki Eteriya 1814-cü ildə Emmanuil Ksantos, Nikolaos Skufas və Atanasios Çakalof adlı üç yunan tərəfindən o dövrdə Rusiyanın, müasir dövrdə isə Ukraynanın sərhədləri daxilində yerləşən Odessa şəhərində yaradılmışdır. Cəmiyyətin məqsədi Yunanıstan İstiqlaliyyət müharibəsini həyata keçirmək və Bizansı dirçəltmək idi. Bu təşkilat pul yığmış, silah paylamış, Osmanlı imperiyasının əleyhinə baş verəcək qiyam üçün təbliğat işləri aparmışdır. Hərəkatın lideri Aleksandr İpsilanti olmuşdur.Fahir Armaoğlu, 19. Yüzyıl Siyasi Tarihi, Alkım Yayınları, Ankara 1995 s.169

Bu qərarlar əsasında birləşmiş assosiasiyasının mərkəzi Manya idi. Mərkəz 1818-ci ildə İstanbula köçürülmüşdür. 1820-ci il aprel ayının 12-də keçirilmiş iclas zamanı assosiasiyanın rəhbərliyinə çar I Aleksandrın adyutantı olan Aleksandr İpsilantis gətirilmişdir. Məlumdur ki, 1820-ci ilə qədər cəmiyyətin üzvlərinin sayı 200.000 nəfərə çatmışdı. Valaxiya-Moldavia hərəkatlarında, Moreya (1821) və Krit inqilablarında (1897) fəal rol oynamış Filiki Eteriya Osmanlı imperiyasının dağılması zamanı əsas məqsədlərindən uzaqlaşaraq “Megali İdea” (Böyük Yunanıstan) ideyasını irəli sürərək imperialist xarakter qazanmışdır.

Təşkilatın andı

Andın birinci hissəsi

«And içirəm həqiqi Tanrının hüzurunda, könüllü olaraq, həyatım boyu bu təşkilata sadiq olacağıma.

And içirəm ki, bu təşkilatın heç bir nişanəsini və ya sirrini açıqlamayacağam. Heç bir səbəblə başqalarının bu təşkilat haqqında bir şey öyrənməsinə imkan verməyəcəyəm.

And içirəm ki, bu barədə nə qohumlarıma, nə də ruhani və ya başqa bir dostuma bir söz belə deməyəcəyəm.»

Andın ikinci hissəsi

«Nəhayət, and içirəm sənə, ey müqəddəs, lakin bəlalı Vətən!

And içirəm sənin uzun illər çəkdiyin əzablara, and içirəm sənin iztirablı və acı göz yaşlarına, neçə əsr boyunca əzab çəkmiş və hələ də çəkən bədbəxt övladlarının axıtdığı göz yaşlarına...

Bu anda mənim öz göz yaşlarıma, bu anda axan göz yaşlarıma and içirəm.

And içirəm ki, soydaşlarımın gələcək azadlığı naminə özümü sənə həsr edirəm, ey Vətən!»

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Vournas, Tasos. Friendly Society: her illegal organisational and persecution by the foreigners, Tolides Bros, (Athens 1982). Germanos of Patras, Memoirs, (Introductory note, index, ref. Ioanna Yiannaropoulos – Tassos Gritsopoulos), (Athens 1975). Yannis Kordatos. Rigas Feraios and Balkan Federation, (Athens 1974). Emmanuil Xanthos. Memoirs for the Friendly Society, (facsimile reprint of 1834 ed), Vergina, (Athens 1996). Michaletos, Ioannis. The History of a Greek Secret Society: Structure and Rites of the Philiki Etaireia , (www.balkanalysis.com 2007).

Xarici keçidlər

Odessadakı Yunan Mədəniyyət Fondu

Kateqoriya:Filiki Eteriya Kateqoriya:1810-cu illərdə yaradılmış təşkilatlar Kateqoriya:1814-cü ildə yarananlar Kateqoriya:Gizli təşkilatlar Kateqoriya:Yunanıstan İstiqlaliyyət müharibəsi Kateqoriya:1821-ci ildə ləğv olunanlar Kateqoriya:1820-ci illərdə ləğv olunanlar Kateqoriya:Yunan dilində sözlər və ifadələr