Azərbaycan Futbol Akademiyası — 2009-cu il fevralın 23-də açılış mərasimi keçirilən AFFA-nın «Futbol akademiyası».

2007-ci ildə açıqlanan uşaq futbol akademiyası 2009-da Bakıda tikilib.

Azərbaycanın ilk futbol akademiyasıdır.

Burada eyni vaxtda 48 nəfərdən ibarət komanda məskunlaşa bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı, sürətli İnternetə qoşulmağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter otağı, həkim otağı, massaj otağı, fitness zalı, üzgüçülük hovuzu, sauna var. Burada təhsil alacaq uşaqların və təlim-məşq toplanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığı üçün fitness zalında müasir trenajor alətləri quraşdırılıb.

Açılış 2009-cu il fevralın 23-də UEFA və AFFA-nın maliyyə vəsaiti hesabına inşa olunmuş "Futbol akademiyası"nın açılış mərasimi keçirilib. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan Mişel Benezet, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvləri, futbol veteranları və digər rəsmi şəxslər iştirak ediblər.

İstinadlar

Xarici keçidlər

AFFA-nın saytında Futbol Akademiyası

Kateqoriya:Azərbaycanda futbol Kateqoriya:Azərbaycan Futbol Federasiyaları Assosiasiyası