Austin City Limits — Amerika Birləşmiş Ştatlarının mədəni həyatında əhəmiyyətli rol oynayan nüfuzlu canlı musiqi televiziya proqramı. "Austin PBS" tərəfindən istehsal edilən və lentə alınan bu layihə 1974-cü ildə Bill Arhos, Brüs Skeyf və Pol Bosnerin təşəbbüsü ilə ərsəyə gəlmişdir. Proqramın fəaliyyəti nəticəsində Ostin (Texas) şəhəri Birləşmiş Ştatlarda "Canlı musiqinin paytaxtı" statusunu qazanmışdır. "Austin City Limits" mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə 2003-cü ildə Milli İncəsənət Medalına layiq görülən yeganə televiziya proqramıdır. Bundan əlavə, 2011-ci ildə Amerika musiqisinin müxtəlif janrlarının təqdimatı və qorunub saxlanılması istiqamətində otuz ildən artıq davam edən fəaliyyətinə görə mötəbər "Pibodi" mükafatına layiq görülmüşdür.72nd Annual Peabody Awards , May 2012 Hazırda "Capital of Texas Public Telecommunications Council" təşkilatının nəzdində fəaliyyət göstərən "Austin PBS" tərəfindən istehsal olunan "Austin City Limits" proqramı öz sahəsində peşəkar fəaliyyətini uğurla davam etdirməkdədir.

İstinadlar

Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları