Henri Qiven Ceffris Mozli (; ) — ingilis fizik, dövrün ən mühüm elm adamlarından biri. O, elementlərin dövri cədvəldə sıralanmasının əsas prinsiplərini müəyyən edərək, xüsusilə atom nömrəsi anlayışını inkişaf etdirərək dövri qanunu təkmilləşdirib. Mozlinin kəşfləri, dövrü cədvəlinin anlayışını dəyişdirmiş və kimya elminin inkişafında mühüm bir addım olub. Mozli Spektroskopiyanın əsasını qoyanlardan biri olub. Həyatı Henri Mozli 1887-ci ildə İngiltərənin Vermont şəhərində anadan olub. O, əvvəllər təhsilini Oxford Universitetində alıb və burada fizika üzrə ixtisaslaşıb. Mozli akademik həyatına fizika sahəsində davam edib və burada böyük kəşflər etməyə başlayıb. O, gənc yaşlarından elmə böyük maraq göstərərək iş və öz dövrünün ən qabaqcıl elmi nailiyyətlərini əldə edib.

Mozli qanunu 250px|thumb|right|Henri Mozli Oksford Unuversitetinin Balliol-Triniti Laboratoriyasında, 1910-cu il Henri Mozlinin ən məşhur və mühüm kəşfi Mozli qanunudur. 1913-cü ildə Mozli atomların xüsusiyyətlərini və dövri cədvəldəki sıralama qaydalarını öyrənmək üçün rentgen şüalarının analizindən istifadə etdi. Mozli dövri cədvəldəki elementlərin sıralanmasının atom nömrəsi ilə, yəni atom nüvəsindəki protonların sayı ilə müəyyən edildiyini göstərdi. Bu kəşf, əvvəlki dövrün atom çəkisinə əsaslanan sıralama prinsiplərini tamamilə dəyişdirdi.

Mozlinin işləri, dövri cədvəlin ardıcıllığının düzgünlüyünü təsdiqlədi və kimyanın təməl anlayışlarından biri halına gəldi. Atom nömrəsi, elementlərin kimyəvi xüsusiyyətlərini müəyyən etdi və Moseleyin kəşfi ilə dövri cədvəl daha da təkmilləşdi. Mozlinin kəşflərinin elmə təsiri Mozlinin kəşfi, kimya və fizika sahələrində böyük inqilab yaratdı. Bu, elementlərin dövri cədvəldə sıralanmasında daha dəqiq bir qaydanın ortaya çıxmasına səbəb oldu. Atom nömrəsi konsepti əvvəlcə unikal bir ideya kimi görünürdü, lakin Mozlinin tədqiqatları bunu elm dünyasında qəbul edilmiş və önəmli bir prinsipə çevirdi. Onun kəşfi, kimya və fizika sahələrində daha sonra baş verən bir çox elmi irəliləyişin təməlini qoyub. Mozlinin işləri atomların və elementlərin daha dərin təhlilini mümkün edən bir çox elmi araşdırmaların yolunu açıb.https://upload.wikimedia.org/wikipedia/commons/e/e7/Memoirs_and_proceedings_of_the_Manchester_Literary_%26_Philosophical_Society_(IA_memoirsproceedin55manc).pdf page lii (PDF page 414)

Ölümü Henri Mozli elmə böyük töhfələr versə də, çox qısa bir ömür sürüb. O, 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı ingilis ordusunda könüllü olaraq döyüşlərə yollanıb. Mozli 27 yaşında, Çanaqqala döyüşündə Osmanlı imperiyasına qarşı vuruşarkən həyatını itirdi. Tarixi mənbələrdə onun Osmanlı ordusunun snayperi Korkuç Abdül tərəfindən başından vurularaq öldürüldüyü qeyd olunur. Bir çox tədqiqatçıların fikrincə, Mozli yaşasaydı, 1916-ci ildə "Nobel Mükafatı"nın sahibi olacaqdı. Onun ölümündən sonra elm dünyasında böyük boşluq yaratsa da, Mozlinin kəşfləri və irsi hələ də fizika və kimya sahələrində önəmli rol oynamağa davam edir.

İstinadlar

Ədəbiyyat Храмов Ю. А. Мозли Генри Гвин Джефрис (Moseley Henry Gwyn-Jeffreys) // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 190. — 400 с. — 200 000 экз.

Xarici keçidlər

Статья Мозли (англ.);

Kateqoriya:Birinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Britaniya fizikləri