Əli Heydər oğlu Nəsirli () — azərbaycanlı hüquqşünas, vəkil, şair, Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafında xidmətləri olmuşdur.

Həyatı Əli Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi rayonunda, əslən Şuşadan olan Nəsirli Heydər Məşədi Hüseyn oğlunun ailəsində anadan olmuşdur.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1979-cu ildən Özbəkistan Respublikasında yaşayıb. Özbəkistan Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra vəkil kimi fəaliyyət göstərmişdir. Özbəkistan Vəkillər Kollegiyasının üzvü olmuş, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdir.

Yaradıcılığı Əli Nəsirli həm də bədii yaradıcılıqla məşğul olmuşdur. Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş, özbək və Azərbaycan dillərində müxtəlif şeirlər kitabları nəşr olunmuşdur.

Təltifləri 2012-ci ildə Özbəkistan Respublikasının "Dostluq" ordeni ilə təltif edilmişdir. 2022-ci ildə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilmişdir.

Həmçinin bax Azərbaycan-Özbəkistan münasibətləri

İstinadlar

Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Özbəkistan azərbaycanlıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər