Mirliva Əhməd Avni Paşa, Əhməd Lortkipanidze və ya Səryavər Avni Paşa (; ) — VI Mehmedin baş köməkçisi və Dəniz Qüvvələri naziri vəzifələrində çalışmış Osmanlı əsgəri və dövlət xadimi.

Gürcü əsilli Şahinbaşoğlu (Lortkipanidze) ailəsinə mənsub Əhməd bəy, 1878-ci ildə Batuminin sahilyanı qəsəbəsi Çakvidə anadan olub. Atası Süleyman Faiq Paşa, babası isə Şahinbaşzadə Süleyman Paşa olub. Böyük qardaşı Vali İsmail Fevzi Paşa, həmçinin dövlət xadimi idi. Avni Paşanın yeganə evliliyini Hərbi nazir Marşal Gürcü Şakir Paşanın qızı Münirə xanımla olub və onların altı övladı dünyaya gəlib. Avni Paşa həm də, II Əbdülhəmidin həyat yoldaşı Bidar Qadınəfəndinin anası Şahika İffət Lortkipanidze ilə də qohum idi.

1877-1878-ci il Rusiya–Osmanlı müharibəsindən sonra, Avni Paşa ailəsi ilə birlikdə Batumidən Trabzona mühacirət edib. Trabzon Mülki və Hərbi Orta məktəbində, daha sonra Kuleli Hərbi Liseyində təhsil alıb. Hərbi Akademiyanı bitirib. 1897-ci il Osmanlı–Yunanıstan müharibəsində, Balkan müharibələrində və I Dünya müharibəsində iştirak etmişdir. O, 1915-ci ildə yaradılmış Lazistan və Havalisi Baş Komandanlığına tabe olan Gürcü legionuna komandanlıq edib. O, son sultan VI Mehmedin baş adyutantı və donanma naziri vəzifələrində çalışmışdır. O, Mustafa Kamal Paşa və silahdaşlarının Samsuna səfərindən əvvəl onun hazırlıqlarını təşkil etdi. Cümhuriyyət elan edildikdən sonra 150-ci siyahıya salındı və 1924-cü ildə sürgün edildi. Livanın sahilyanı Cuniyə şəhərində məskunlaşdı və ölənə qədər də burada yaşadı. Xatirəsi Osmanlı dövlət xadimi və Vəhidəddinin adyutantı Avni Paşa Türk Qurtuluş Savaşı və Osmanlı sülaləsinin sürgün həyatı kimi tarixi hadisələrin birbaşa şahidi olmuşdur. Paşa şahidi olduğu hadisələri xatirələrində də qələmə alıb. Bu xatirələr arasında Sultan Vəhidəddinnin sürgün zamanı Avni Paşaya yazdırmağa başladığı, lakin tamamlaya bilmədiyi xatirələr də vardır. Həqiqətən də Paşanın xatirələrinin son dörd bəndində Sultan Vəhidəddinin öz dəsti-xətti də vardır, lakin Avni Paşanın əl yazısına Sultan Vəhidəddinin diktə etdiyi xatirələri də daxil edilib.

Avni Paşanın xatirələrində Türkiyə Qurtuluş Savaşına verdiyi töhfələrə baxmayaraq, Yüz əllilər siyahısına daxil edilməsi ilə bağlı yaranmış inciklik və narazıçılığı da yer alıb. Avni Paşanın ailəsi tərəfindən qorunan xatirələri yazıldıqdan 90 il sonra, 2012-ci ildə Osman Öndəş tərəfindən nəşr olunub. Ədəbiyyat

İstinadlar

Kateqoriya:1878-ci ildə doğulanlar Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Livanda vəfat edənlər Kateqoriya:1934-cü ildə vəfat edənlər