thumb|right|300px|Peştək Özbəkistan, Uluqbəy mədrəsəsi (Səmərqənd) memarlığında.
Peştək () — İran, Orta Asiya və Azərbaycanın tarixi memarlığında geniş istifadə olunan monumental giriş quruluşudur.
Adətən məscidlər, karvansaralar, saray və mədrəsələr kimi tikililərin əsas girişində yerləşir. Peştək həm estetik, həm də simvolik əhəmiyyətə malikdir. Fars dilindən tərcümədə "ön tağ" kimi tərcümə edilmişdir. Tarixi Peştək memarlıq elementi ilk dəfə Sasanilər dövründə istifadə olunmağa başlamış, İslam memarlığında isə xüsusilə Səlcuqlar, Teymurilər və Səfəvilər dövründə geniş yayılmışdır. Feodal qalalarında peştək təntənəli, möhkəmləndirilmiş giriş, yarımmüdafiə tipli tikililərdə, yol kənarındakı karvansaraylarda isə möhkəm darvaza rolunu oynayırdı. Məscidlərdə peştək təkcə giriş deyil, həm də Məkkəyə baxan, hər yerdən görünən mərasim mehrabı idi.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:İslam memarlığı Kateqoriya:İslam terminləri Kateqoriya:Tağ və qübbələr Kateqoriya:İran memarlığı Kateqoriya:Ərəb memarlığı