Eşitmə halüsinasiyaları — xarici səs mənbəyi olmadan səslərin eşidilməsi ilə xarakterizə olunan psixi və ya nevroloji simptomdur. Bu halüsinasiyalar real səsləri təqlid edə bilər və adətən insan səsi, musiqi, səslənmələr, pıçıltı, əmr və ya dialoq formasında olur. Eşitmə halüsinasiyaları psixoz, şizofreniya və digər psixiatrik pozuntularla əlaqələndirilir, lakin sağlam fərdlərdə də bəzi hallarda müşahidə edilə bilər.
Diaqnostika Eşitmə halüsinasiyalarının diaqnozu klinik müsahibə, söhbət və psixiatrik qiymətləndirmə vasitəsilə aşkar edilə bilir. Əlavə olaraq nevroloji müayinələr və laborator testlər də aparıla bilər.
İstinadlar
Mənbə
Kateqoriya:Psixoz Kateqoriya:Tibbi əlamətlər Kateqoriya:Psixotrop maddələrin təsiri