Özbəkistan Elmlər Akademiyası () — Özbəkistan Respublikasının əsas elmi təşkilatıdır. Akademiya elm və texnologiyanın bütün sahələrində tədqiqatları əlaqələndirir.
Haqqında Akademiya 1943-cü ildə Özbəkistan SSR Elmlər Akademiyası kimi yaradılıb. Sovet dövründə yüksək keyfiyyətli tədqiqatlarla seçilən Özbəkistan SSR Elmlər Akademiyası sovet elminin inkişafında mühüm rol oynayıb. SSRİ-nin dağılmasından sonra qurumun adı dəyişdirilərək Özbəkistan Elmlər Akademiyası olub. Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı mövcuddur. Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də iştirak edib.
Üzvlük Hazırda Akademiyanın 155 üzvü var: 49 akademik və 106 müxbir üzv. 50-dən çox elmi-tədqiqat institutu və təşkilatı ilə Akademiya Özbəkistanın ən böyük elmi təşkilatıdır.
Akademiya prezidentləri Toshmuhammad Qori-Niyoziy (1943–1947) Toshmuhammad Sarimsoqov (1947–1952) Tesha Zohidov (1952–1956) Habib Abdullayev (1956–1962) Ubay Orifov (1962–1966) Abid Sadykov (1966–1984) Pulat Habibullayev (1984–1988) Mahmud Salohitdinov (1988–1994) Jura Abdullayev (1994–1995) Tuhtamurod Jurayev (1995–2000) Bekhzod Yuldoshev (2000–2005) Tohir Oripov (2005–2006) Shavkat Salihov (2006–2016) Bekhzod Yuldoshev (2016–2024) Shavkat Ayupov (2024–)
İstinadlar
Kateqoriya:SSRİ Elmlər Akademiyası