Saluki — Əsasən görmə qabiliyyətindən istifadə edərək ov edən it cinsi. Köçəri tayfalar tərəfindən ov heyvanlarını tutmaq üçün istifadə edilirdi. Bu it cinsi ilkin olaraq Hilal bölgəsində yetişdirilmişdir. Saluki ən çox "Əfqan iti" ilə yaxından əlaqəlidir və müasir cinslərin yaranmasından əvvəlki dövrə aiddir.
Xüsusiyyətləri Bu cinsin boyu 58–71 sm, çəkisi isə 16–32 kq arasında dəyişir. Dişilər erkəklərdən bir qədər kiçik olur.Palika (2007): p. 342 Uzun başlı, böyük gözlü və sallanan qulaqları olan bu cinsin quyruğu uzun və əyilmişdir. Salukilərin dərisi ipək kimi yumşaq, xəzləri isə ya hamar, ya da tüklü olur. Xəzlərinin rəngi ağ, krem, sarımtıl-qəhvəyi, qırmızı, boz qəhvəyi, qara qəhvəyi və üçrəngli (ağ, qara və qəhvəyi) ola bilər. Saluki itlərinin ümumi görünüşü zəriflik və simmetriya ilə seçilir. Hər iki növdə tüklər ipək kimi incədir və digər cinslərlə müqayisədə daha az tökülür. Orta Şərqdə yetişdirilən Saluki itlərinin çoxunda xəz qısa olur. Saluki uzun məsafələrdə olduqca sürətlidir və 68.8 km/saat sürətə çata bilir. Ayaqlarının pəncələri onların yüksək dözümlülük göstərməsini təmin edir. Tarixən köçəri tayfalar bu itlərdən tülkü, dovşan və çaqqal ovunda istifadə edirdilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:İranın it cinsləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr