Alman tazısı () — Almaniyanın "Vestfaliya" bölgəsinə aid it cinsi. Alman tazısı qoxu ilə ovlanan itlərdən olub, həm böyük, həm də kiçik ov heyvanlarını izləmək üçün istifadə olunur.

Xüsusiyyətləri 40–53 sm boyunda, 19–20 kq ağırlıqda, uzun, sallanmış qulaqları və dar quyruğu olan kiçik bir tazıdır. Cinsin başı uzun və nisbətən dar, bədəni isə düzbucaqlı olub, "eleqant" olaraq təsvir edilir. Kürkünü qısa və sərt, demək olar ki, tikanlı tük örtür. Əksərən üçrənglidir (qırmızıdan sarıya qədər olan tonlar və qara), ağ ləkələr və ya "Breken ləkələri" ilə xarakterizə olunur. Ağ burun, döş, ayaqlar, boyun və quyruğun ucu ilə yanaşı, başda bir "blaze" (ağ zolaq) da mövcuddur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tazılar