Rift Vadisi qızdırması (RVF) kəskin transmissiv zoonoz arbovirus xəstəliyidir. Milli və regional səviyyədə 2005-ci il Beynəlxalq Səhiyyə Qaydaları ilə tənzimlənən xəstəliklər qrupuna daxil edilir. Rift Vadisi qızdırmasına səbəb olan arboviruslar Phenuiviridae ailəsinə, Phlebovirus cinsinə, phlebovirus növünə aiddir. Bu virus Cənubi və Şərqi Afrikada geniş yayılmışdır. Virusun daşıyıcıları adi ağcaqanad, Eretmapodites chrysogaster, Aedes cabbalus, Aedes circurnluteolus, Culex theiler ağcaqanadlarıdır. Xəstəliyin Misirə Culex pipiens ağcaqanadları tərəfindən gətirildiyi iddia olunur. Rift Vadisi qızdırması unudulmuş xəstəliklərə aid edilir.

Tarixi thumb|right|Virusun yayılması: mavi rənglə endemik xəstəliklərin və qızğın dövrlərin müşahidə olunduğu ərazilər, yaşıl rənglə isə müxtəlif dövrlərdə xəstəliyin rast gəlindiyi ərazilər göstərilmişdir.

Virus ilk dəfə 1900-cü illərdə Böyük Rift Dərəsindəki (Keniya) bir fermada, qoyunlarda baş verən epidemiya ilə bağlı aparılan araşdırma zamanı müəyyən edilmiş və 1931-ci ildə təcrid olunmuşdur. Daha sonralar isə Afrikanın cənubunda və Şimali Afrikada virusun epidemiyaları qeydə alınmışdır. 1997–1998-ci illərdə Keniya, Somali və Tanzaniyada böyük bir epidemiya baş vermişdir. 2000-ci ilin sentyabrında isə Səudiyyə Ərəbistanda və Yəməndə Rift Vadisi qızdırması halları qeydə alınmışdır. Bu hal Afrika qitəsindən kənarda xəstəliyin təsdiqlənmiş ilk halı idi.

Yoluxma üsulları Rift Vadisi qızdırması əsasən heyvanlarda qeydə alınmışdır. Lakin, xəstəliyin insanlara ötürülməsi halları da mümkündür:

İnsana yoluxma hallarının əksəriyyəti yoluxmuş heyvanların qanı və ya orqanları ilə birbaşa və ya dolayı əlaqə zamanı baş verir; İnsanların Rift Vadisi qızdırmasına yoluxmuş heyvanlardan pasterizə olunmamış və ya çiy süd istehlak etməklə yoluxa biləcəyinə dair bəzi sübutlar vardır; İnsan bu virusa xəstəliyin daşıyıcısı olan, Aedes cinsindən ağcaqanadların dişləməsi ilə yoluxur. Rift Vadisi qızdırması virusu hematofaqlar (qanla qidalanan milçəklər) tərəfindən də ötürülə bilər.

Klinik təsviri

İnkubasiya müddəti İnkubasiya dövrü 2 gündən 6 günə qədər davam edir. Xəstəlik anidən özünü göstərir. Xəstəliyin şiddəti, ölüm də daxil olmaqla, mümkün ağırlaşmalarla yüngüldən ağıra qədər dəyişir. Heç bir simptom olmadan da inkişaf edə bilər. Xəstəliyin yüngül formasının inkişafı zamanı qızdırma, əzələ ağrıları, oynaq və baş ağrıları müşahidə edilir.Thomas M. Yuill. Лихорадка Ласса // Март 2020, "Справочник MSD". Rift Vadisi qızdırmasının tipik klinik mənzərəsi iki dərəcədə özünü göstərir. İkinci dərəcə özü də üç alt qrupdan ibarətdir.

Yüngül forması Narahatlıq, titrəmə və ya sərtlik hissi, baş ağrısı, retro-orbital ağrı, bütün bədən və əzalarda əzələ ağrısı, bel bölgəsində ağrı özünü göstərir. Bədən istiliyi 38,3–40 °C-ə qədər yüksəlir. Daha sonra iştahın pisləşməsi, epiqastriumda ağrı, dad itkisi, fotofobi əmələ gəlir. Fiziki müayinə zamanı üzün qızarması və konyunktiva damarlarının inyeksiyası qeyd olunur. Temperaturun yüksəlməsi iki dəfə müşahidə edilir. İlkin yüksəliş 2–3 gün davam edir. Sonra remissiya və temperaturun təkrar yüksəlməsi müşahidə edilir.

Ağır forması Xəstəliyin ağır formaları xəstəliyin necə irəliləməsindən və mümkün fəsadlardan asılı olaraq bir neçə qrupa bölünür. За пределами африканского континента было зарегистрировано 2 завозных случая в 2008 г.: в США

Əksər hallarda xəstəlik yüngül şəkildə irəliləyir, lakin insanların kiçik bir hissəsində xəstəliyin daha ağır forması inkişaf edə bilir. Bu zaman üç aşkar sindromdan birinin və ya daha çoxunun təzahürü ilə müşayiət olunur: göz xəstəliyi (insanların 0,5–2% -ində), meningoensefalit (1% -dən az) və ya hemorragik forma (1% -dən az).

Göz forması — bu forma xəstəliyin yüngül formasına xas simptomlarla özünü göstərir, eyni zamanda gözün tor qişasına da təsir göstərir. Tipik olaraq, göz lezyonları ilk simptomlar göründükdən bir-üç həftə sonra baş verir. Xəstələr adətən bulanıq və ya zəif görmədən şikayət edirlər. 10–12 həftədən sonra xəstəlik uzunmüddətli nəticələr vermədən öz-özünə keçə bilər. Lakin, makula təsir edərsə, xəstələrin 50% -i daimi görmə itkisi yaşayır. Meningoensefalitik forma — xəstəliyin bu forması adətən xəstəliyin özünün ilk simptomlarının görünməsindən bir-dörd həftə sonra baş verir. Kliniki simptomlara şiddətli baş ağrısı, yaddaş itkisi, halüsinasiyalar, çaşqınlıq, orientasiyanın pozulması, başgicəllənmə, qıcolmalar, letarji və koma daxildir. Daha sonra nevroloji ağırlaşmalar baş verə bilər. Bu formada xəstələr arasında ölüm azdır, lakin ağır ola bilən qalıq nevroloji çatışmazlıqlar tez-tez olur. Hemorragik forma ən təhlükəli formadır, lazımi müalicə olmadan ölüm nisbəti 50%-ə qədərdir. Xəstəliyin bu formasının simptomları xəstəliyin başlanğıcından iki-dörd gün sonra görünür. Əvvəlcə sarılıq kimi qaraciyərin ağır zədələnməsi əlamətləri, daha sonra qan qusma, nəcisdə qan, qırmızı səpgi və ya göyərmə, burun və diş ətindən qanaxma, menorragiya və venipunktur yerlərindən qanaxma kimi əlamətlər görünür. Ölüm adətən simptomların başlanmasından üç-altı gün sonra baş verir. Bu forması olan insanların qanında virus 10 gün ərzində aşkarlana bilir.

Ağır formalardakı ağırlaşmalar adətən hemorragik təzahürlərlə, yəni qanaxmalar və ya qaraciyərin zədələnməsi (sarılıq) ilə əlaqələndirilir. Geniş qaraciyər nekrozunun baş verməsi səbəbindən xəstəliyin başlanğıcından 7–10 gün sonra ölüm baş verir.

Qızdırmanın başlamasından 2–7 gün sonra görmə itkisi müşahidə edilir. Makula ləkəsinin ödemi, qanaxma, vaskulit, retinit və damar tıkanıklığı inkişaf edir. Xəstələrin 50% -ində görmə kəskinliyi bərpa edilmir.

Xəstəliyin başlanğıcında periferik qanda leykositlərin sayı dəyişmir, lakin sonra neytrofilik qranulositlərin ümumi sayının azalması və çubuq nüvəli formalarının artması ilə leykopeniya inkişaf edir.

Diferensial diaqnoz Nayrobi xəstəliyini və qoyunların yoluxucu kataral qızdırmasını (göy dil) istisna etmək lazımdır.

Müalicəsi Xəstəliyin yüngül formasında evdə müalicə xüsusi tədbirlər olmadan mümkündür. Ağır və hemorragik hallarda isə xəstəxanaya yerləşdirmə və ümumi dəstəkləyici terapiya tələb olunur. Hemorragik xəstələrin qaraciyərinin vəziyyəti gündə üç dəfə yoxlanılmalıdır. Düzgün diaqnoz, vaxtında xəstəxanaya yerləşdirmə, adekvat və düzgün müalicə hemorragik hallarda ölüm şansını əhəmiyyətli dərəcədə azalda bilər.

Proqnozu Yüngül dərəcə əlverişli, ağır dərəcə şərti əlverişli, hemorajik formada isə şərti əlverişsizdir. Gücləndirilmiş dəstək terapiyası proqnozun yaxşılaşdırılmasında mühüm rol oynayır.

İstinadlar

Keçidlər Информационный бюллетень ВОЗ № 2007, май 2010 г. Лихорадка Рифт-Валли (ЛРВ) на эпидемилогическом сайте Краткое описание лихорадки Рифт-Валли

Kateqoriya:Virus infeksiyaları Kateqoriya:Həşəratlarla ötürülən xəstəliklər Kateqoriya:Yoluxucu xəstəliklər Kateqoriya:Bioloji silahlar Kateqoriya:Qızdırma Kateqoriya:Tropik xəstəliklər