Musa Aslanxanlı (tam adı: Aslanxanlı Musa Mansır oğlu; ) — şair, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007-ci ildən), Rəsul Rza mükafatı laureatı (2025). Musa Aslanxanlı, Rəsul Rza mükafatı

Həyatı Musa Aslanxanlı 1950-ci il aprelin 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu Böyük Mərcanlı kəndində alıb. 1968-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsininə qəbul olub. Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasını qazanıb.

Fəaliyyəti İlk şeiri mərkəzi mətbuatda "Azərbaycan gəncləri" qəzetində 1968-ci ildə dərc olunub. Daha sonra "Ədəbiyyat" qəzetində, "Bakı", "Ulduz", "Azərbaycan" jurnallarında şeirləri dərc olunub. Yaradıcılığının ilk nümunələrindən olan "Pıçıltı-pıçıltı açır çiçəklər" şeiri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.MUSA ASLANXANLI QƏLƏMİNDƏN KEÇƏNLƏR Şair İsa İsmayılzadə radioda aparıcısı olduğu ədəbi gəncliyə həsr olunan verilişdə adı çəkilən şeir də daxil olmaqla onun bir neçə şeirini oxuculara təqdim edib, ona uğurlar arzulayıb. Tələbəlik illərindən Xalq şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Söhrab Tahirin, Xəlil Rza Ulutürkün ədəbi məktəblərindən təsirlənib. Bir müddət 1973–1975-ci illər Azərbaycan Yazıçılar İttifaqında çalışıb. Sonra Cəbrayıl rayonu Böyük Mərcanlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə dərs deyib.

Məcburi köçkünlük illərində qələbəyə inamını itirməyən şair 2006-cı ildə nəşr olunan "Ad günləri qarşıdadır" kitabındakı əksər şeirlərində bu inama söykənir.İnama söykənib yazarMusa Aslanxanlının şeirləri Kitaba daxil olan eyniadlı poema Milli Qəhrəman Vəzir Orucova, qələbə sevinci qarışan ad günlərimizin daha dəyərli olacağını düşünən qəhrəmana həsr edilib. "Qalx, tarixçim, qalx ayağa" poeması tarixi saxtakarlığa şairin etirazı kimi diqqəti cəlb edir. "Üz tutmalı ömürlər" kitabı Heydər Əliyevin ziyalılarla görüşündən, məcburi köçkünlərin toy məclisində iştirakından, "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş Şəhid Fariz Cavadovun döyüş yolundan bəhs edir. "Şuşaya gedən yol", "Qarabağa yağan yağış" kitablarındakı bir çox şeirləri, poemaları şəhidlərimizə, qazilərimizə və qələbəmizə həsr edilib. Şeirlərində "Bu günlərçün yaşamağa dəyərmiş" sevincini oxucularla bölüşüb. Həm lirik şeirlər, həm də içtimai məzmunlu şeirlər, poemalar müəllifidir. Kitabları ilə bərabər, bir çox bədii toplularda, Məsələn: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin hazırladığı Poeziya günü, Çağdaş Azərbaycan şairlərinin şeirləri-1, 2 cildlərində Bakı 2008. şeirləri çap edilib."Çağdaş Bütöv Azərbaycan" antologiyasının təqdimatı keçirilib Musa Aslanxanlının Azərbaycan tarixi üzrə araşdırmaları da var. "Şuşaya gedən yol" kitabının publisistika bölməsində (səh. 398) türk dünyasının böyük şəxsiyyətlərindən olan Xoca Mərcan haqda olan örnəkləri, Xoca Mərcan adı ilə bağlı Mərcanlı elinin 1918-ci ildə yeni yaranan ADR-ə hər cəhətdən yardım etməyə hazır olmasına aid tarixi qaynaqları üzə çıxarır. Şuşada Xoca Mərcanlı məhəlləsinin yaranmasından, o məhəllədə tarzən Sadıqcanın musiqi möcüzələrindən, onun Şuşa musiqi aləminə təsirindən söz açır. "Ululardan, Babadağdan soraq aldım" əsərində Azərbaycanda-Qafqaz Albaniyasında baş verən hadisələr canlandırılır.Musa Aslanxanlı-75ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM — I Hissə Aran, Ərbay, Azıq, Azaq, Araz, Azman, Varaz, Varazman, bu və digər ad və obrazlarla Azərbaycan tarıxininə nəzər salır. Qədim Azərbaycan türk elinə bağlı olan milli yaddaşımıza dönüş edir. Onun yaradıcılığı ilə bağlı filologiya üzrə elmlər doktoru Kamil Vəli Nərimanoğlunun, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin, Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin, Fariz Çobanoğlunun, Qabaqçıl Təhsil İşçisi, AJİ üzvü Hidayət Səfərlinin, Allahverdi Mehdiyevin, Mina xanım Rəşidin araşdırma-məqalələri var.Musa Aslanxanlının mücadiləsi və Zəfər sevinci Yaradıcılığı ilə bağlı bir çox təltiflərə, diplomlara layiq görülüb.Musa Aslanxanlı, Fəxri Fərman Musa Aslanxanlı, 60 illik yubiley

Təltifləri Azərbaycan Respublikası Prezidentinin təqaüdü (2017) Xəlil Rza Ulutürk mükafatı (2022)Musa Aslanxanlı, Xəlil Rza Ulutürk diplomu Məmməd Araz mükafatı (2024)Musa Aslanxanlı, Məmməd Araz mükafatı Rəsul Rza mükafatı (2025)Musa Aslanxanlı, Rəsul Rza mükafatı

Kitabları Ad günləri qarşıdadır. Bakı 2006. Üz tutmalı ömürlər. Bakı 2013. Şuşaya gedən yol. Bakı 2021.Şuşaya gedən yol. (ikinci nəşr) Qarabağa yağan yağış. Bakı 2021.

İstinadlar

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları Kateqoriya:"Məmməd Araz" mükafatı laureatları