Tatra çoban iti () — Polşanın cənubunda, Tatra dağlarının "Podhale" regionundan olan iri bir mal-qara qoruyan it cinsi.Bruce Fogle (2013). The Dog Encyclopedia. London; New York: Dorling Kindersley. .Tamsin Pickeral (2014). Dogs Unleashed. San Diego: Thunder Bay Press. . Bu cins, 1963-cü ildə "Beynəlxalq Kinoloji Federasiyası" (FCI) tərəfindən rəsmi olaraq tanınmışdır.FCI-Standard N° 252: Polski Owczarek Podhalański (Tatra Shepherd Dog) . Fédération Cynologique Internationale. Accessed December 2020.
Tarix "Kuvasz", "Maremmano Çoban İti" və "Pireney Dağ İti" kimi digər iri ağ Avropa qoruyucu itləri kimi, Asiyadan köçəri maldarlar tərəfindən gətirilən itlərdən törəmişdir.Anna Radko, Dominika Rubiś, Agnieszka Szumiec (2018). Analysis of microsatellite DNA polymorphism in the Tatra Shepherd Dog . Journal of Applied Animal Research 46 (1): 254–256. Bu cins üçün ilk sərgi 1937-ci ildə keçirilmişdir. Dağların təcrid olunmuş ərazilərində yaşadıqları üçün, İkinci Dünya Müharibəsi zamanı onların kiçik bir qrupu sağ qala bilmişdir.Joanna Kania-Gierdziewicz, Maciej Gierdziewicz, Bartłomiej Budzyński (2015). Genetic Structure Analysis of Tatra Shepherd Dog Population From Tatra Mountain Region. Annals of Animal Science 15 (2). . 1954-cü ildə, müharibədən sonra ilk sərgi təşkil edildikdə, təxminən 120 nümunə tapılmışdı. Müharibədən sonra "Polşa Kennel Klubu" (Związek Kynologiczny w Polsce) yenidən qurulduqdan sonra, Krakovda sərgilər keçirilməyə başlandı. Bu cins, 1963-cü ildə (bəzi mənbələrə görə 1967-ci ildə) FCI tərəfindən rəsmi olaraq tanındı. Artıq yalnız aid olduğu bölgədə deyil, bütün Polşa ərazisində və digər ölkələrdə tapılır. Cinsin qeydiyyat kitabı açıqdır. Qeydiyyata alınmamış, lakin cinsin tipik xüsusiyyətlərini daşıyan itlər də qeydiyyata əlavə edilə bilər. Hər il təxminən 300 bala doğulur. 2011-ci ildə kennel klubunda 473, 2012-ci ildə isə 383 yeni qeydiyyat olunub. Hal-hazırda "Amerikan Kennel Klubu" (AKC) bu cinsi tanımır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Çoban itləri