Veksler testi və ya Vekslər yetkinlər üçün intellekt şkalası () — 16 yaşdan yuxarı şəxslərin intellekt səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunan standartlaşdırılmış psixoloji test. Bu test ilk dəfə Amerikalı psixoloq Devid Veksler tərəfindən hazırlanmış və 1955-ci ildə istifadəyə verilmişdir. WAIS testi günümüzdə dünyada ən geniş istifadə olunan intellekt testlərindən biridir.

Tarixi Vekslər testi ilk dəfə 1955-ci ildə WAIS adı ilə təqdim olunmuşdur. Bu test, Stenford-Binet İntellekt Şkalasına alternativ olaraq hazırlanmış və intellektin yalnız ümumi IQ göstəricisi ilə deyil, onun müxtəlif sahələr üzrə təhlili ilə ölçülməsini hədəfləmişdir. Daha sonra test bir neçə dəfə yenilənmişdir:

WAIS-R (1981) WAIS-III (1997) WAIS-IV (2008) WAIS-V (hazırlanma mərhələsində)

WAIS testi bir neçə subtestdən ibarətdir və iştirakçının fərqli idrak sahələrindəki performansını ölçür. WAIS-IV versiyası aşağıdakı əsas indekslər üzrə nəticə verir:

Verbal Anlama İndeksi (məlumat, anlayış, lüğət) Qavrayış Mühakiməsi İndeksi (şəkil tamamlama, matris analizləri) İş Yaddaşı İndeksi (rəqəm təkrarı, arifmetik) Emal Sürəti İndeksi (simvol axtarışı, rəqəm kodlaşdırma)

Bu indekslər əsasında Ümumi İntellekt Əmsalı (IQ) hesablanır. IQ göstəricisi ortalama olaraq 100, standart sapma isə 15 qəbul olunur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər FAQ/Finding Information About Psychological Tests (American Psychological Association) Classics in the History of Psychology

Kateqoriya:İntellekt testləri Kateqoriya:Psixoloji diaqnostika Kateqoriya:Psixometriya Kateqoriya:Klinik psixologiya Kateqoriya:Təhsil psixologiyası