"Qarabağ Azərbaycandır!" və ya "Qarabağ Azərbaycandır və nida işarəsi" — Azərbaycanda ölkənin Qarabağ bölgəsinin ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayan milliyyətçi şüar. Bu ifadə, xüsusilə Qarabağ münaqişəsi kontekstində, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək məqsədilə geniş istifadə olunur. Şüar siyasi bəyanatlarda, ictimai nümayişlərdə və mədəni tədbirlərdə populyarlaşmış, xüsusilə 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra daha çox önə çıxmışdır.

Əsas

Zəmin

"Qarabağ Azərbaycandır!" şüarının kökləri Azərbaycan və Ermənistan arasında baş tutmuş Qarabağ münaqişəsi ilə əlaqədardır. Qarabağ tarixən Azərbaycanın mədəni və tarixi mərkəzlərindən biri kimi tanınır, lakin XX əsrin sonlarında Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar uğrunda münaqişə baş vermişdir.Cornell, Svante E. (2001). Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus. Routledge. s. 65–70. ISBN 9780700711628. 1990-cı illərdə Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsi və yeddi ətraf rayonu Ermənistanın nəzarətinə keçmişdir.De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York University Press. s. 10–15. ISBN 9780814719459

Şüar XXI əsrdə, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək siyasətinin güclənməsi ilə daha çox istifadə olunmağa başlamışdır.

İkinci Qarabağ müharibəsi

thumb|right|"Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında İlham Əliyev.

2019-cu ilin avqustunda Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndi şəhərinə səfəri zamanı çıxışında "Artsax Ermənistandır və nöqtə" demişdir. Buna reaksiya olaraq, Azərbaycan Prezidenti İlham Əliyev 3 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Qarabağ münaqişəsindən bəhs edən zaman bildirmişdir ki, "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Bu çıxış şüarın rəsmi səviyyədə populyarlaşmasına töhfə vermişdir.

2020-ci il İkinci Qarabağ nüharibəsi zamanı və sonrasında Azərbaycanın işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytarması ilə şüar cəmiyyət arasında geniş yayılmışdır.https://www.bbc.com/news/world-europe-54882522 Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban Əliyeva Füzulinin,https://modern.az/news/261484/javascript(); Cəbrayılın, Zəngilanın və digər ərazilərin işğaldan azad edilməsi zamanı istifadə olunmuşdur. İfadə Azərbaycan mətbuatında da istifadə olunur.

Bundan əlavə, Azərbaycanın Qarabağ münaqişəsindəki mövqeyini təbliğ etmək üçün "Karabakh is Azerbaijan Platforması" yaradılmışdır. Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir. Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması), İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır.

Müharibədən sonra thumb|right|2023-cü ildə Anım Günündə "Qarabağ Azərbaycandır" yazısı daşıyan bec geyinən müharibə veteranı.

Şüar Azərbaycanın daxili və xarici siyasətində mühüm yer tutur. Rəsmi səviyyədə dövlət başçıları və siyasətçilər tərəfindən istifadə olunan ifadə, xüsusilə beynəlxalq platformalarda Azərbaycanın Qarabağa dair mövqeyini vurğulamaq üçün işlədilir. 2020-ci il müharibəsindən sonra Azərbaycanın Qarabağda infrastruktur layihələri və "Böyük Qayıdış" proqramı kimi təşəbbüsləri də bu şüar ətrafında populyarlaşmışdır. Məsələn, 2023-cü ildə Zəngilan rayonunun Ağalı kəndində sakinlərə "Qarabağ Azərbaycan" afişaları paylanmışdır.Qarabağa Böyük Qayıdış – Ağalı sakinlərini qəbul edir. Cavid. Xalq Cəbhəsi.- 2023.- 2 mart. S. 9.

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən xüsusi bir yubiley pul nişanı tədavülə buraxılmışdır. Bu qızıl sikkənin çəkisi 31,10 qram, yəni 1 troy unsiyası, nominal dəyəri isə 100 manat təşkil edir. Birləşmiş Krallığın "The Royal Mint" şirkətində beynəlxalq standartlara uyğun olaraq "Pruf" texnologiyası ilə hazırlanmışdır. Xatirə sikkəsinin üzərində "Qarabağ Azərbaycandır!" sözləri də yazılmışdır. Həmin il Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır" yazılmış gümüş xatirə sikkəsi tədavülə buraxılmışdır. 2020-ci ildə Türkiyədən olan şəxslər "Qarabağ Azərbaycandır" adlı fondun qurulmasını da təklif etmişdilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Azərbaycan milliyyətçiliyi Kateqoriya:İlham Əliyev