Ümumdünya səhiyyə günləri — tibb və ictimai sağlamlıqla bağlı beynəlxalq gün və həftələr. Bu günlərin bir çoxu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilmişdir. Ümumdünya səhiyyə günlərinin qeyd olunmasında məqsəd geniş yayılmış müəyyən tibbi mövzulara və xəstəliklərə diqqəti çəkmək, problemin həllinə yönəlmiş addımların atılmasına təşviqdən ibarətdir.

Siyahı Aşağıda təqvim üzrə ümumdünya səhiyyə günlərinin adları verilmişdir:

Yanvar 30 yanvar ― Ümumdünya Unudulmuş Tropik Xəstəliklərlə Mübarizə Günü

Yanvar ayının sonuncu bazar günü ― Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü

Fevral 4 fevral ― Ümumdünya Xərçənglə Mübarizə Günü

15 fevral ― Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü

Mart 3 mart ― Ümumdünya Doğuş Qüsurları Günü

22 mart ― Ümumdünya Su Günü

24 mart ― Ümumdünya Vərəmlə Mübarizə Günü

Mart ayının 2-ci cümə axşamı ― Ümumdünya Böyrək Günü

Aprel 7 aprel ― Ümumdünya Sağlamlıq Günü

14 aprel ― Ümumdünya Şaqas Xəstəliyi ilə Mübarizə Günü

25 aprel ― Ümumdünya Malyariya ilə Mübarizə Günü

28 aprel ― Ümumdünya Əməyin Mühafizəsi Günü

24–30 aprel ― Ümumdünya İmmunlaşdırma Həftəsi

May 6–10 may ― Karib Ağcaqanadları Maarifləndirmə Həftəsi

12 may ― Beynəlxalq Tibb Bacıları/Qardaşları Günü

17 may ― Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü

18 may ― Qadın Sağlamlığı üçün Beynəlxalq Aktivlik Günü

31 may ― Ümumdünya Tütünlə Mübarizə Günü

May ayının 3-cü həftəsi ― Ümumdünya Duz Maarifləndirmə Həftəsi

İyun 5 iyun ― Ümumdünya Ətraf Mühit Günü

14 iyun ― Ümumdünya Qan Donoru Günü

İyul 25 iyul ― Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü

28 iyul ― Ümumdünya Hepatitlə Mübarizə Günü

Avqust 1–7 avqust ― Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi

9 avqust ― Beynəlxalq Yerli Xalqlar Günü

Sentyabr 10 sentyabr ― Ümumdünya İntiharın Qarşısının Alınması Günü

17 sentyabr ― Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü

28 sentyabr ― Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü

29 sentyabr ― Ümumdünya Ürək Günü

Oktyabr 1 oktyabr ― Beynəlxalq Ahıllar Günü

10 oktyabr ― Ümumdünya Psixi Sağlamlıq Günü

16 oktyabr ― Ümumdünya Qida Günü

24 oktyabr ― Ümumdünya Poliomielitlə Mübarizə Günü

Oktyabr ayının 2-ci cümə axşamı ― Ümumdünya Görmə Günü

Noyabr 8 noyabr ― Beynəlxalq Radiologiya Günü

14 noyabr ― Ümumdünya Diabetlə Mübarizə Günü

17 noyabr ― Uşaqlıq Boynu Xərçəngi ilə Mübarizə Günü

25 noyabr ― Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü

18–24 noyabr ― Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi

Noyabr ayının 3-cü bazar günü ― Ümumdünya yol qəza qurbanlarının anım günü

Dekabr 1 dekabr ― Ümumdünya QİÇS-lə Mübarizə Günü

3 dekabr ― Beynəlxalq Əlillər Günü

12 dekabr ― Universal Tibbi Təminat Günü

İstinadlar

Xarici keçidlər Kateqoriya:Beynəlxalq günlər Kateqoriya:Xüsusi günlərin siyahısı Kateqoriya:Tibb