Anqlo-Nubiya keçisi — Britaniya mənşəli evcil keçi cinsi.

Tarix Anqlo-Nubiya cinsi XIX əsrdə Britaniya adalarında yerli Britaniya keçiləri ilə Hindistan, Yaxın Şərq və Şimali Afrikadan gətirilən iri, sallanan qulaqlı keçilərin çarpaz çoxaldılması nəticəsində yaranmışdır.Valerie Porter, Lawrence Alderson, Stephen J.G. Hall, D. Phillip Sponenberg (2016). Mason's World Encyclopedia of Livestock Breeds and Breeding (sixth edition). Wallingford: CABI. . Bu keçilərin bir çoxu "P & O" Şirkətinin paraxodları ilə Britaniya sahillərinə gətirilirdi. Bu şirkət Şərqdən evə qayıdarkən gəmilərə səyahət zamanı süd və ət ehtiyacını ödəmək üçün keçilər yükləyirdi. Gəmilər limana yananda bu keçilər tez-tez satılırdı və hətta onların haradan gəldiyindən asılı olmayaraq, XIX əsrin sonlarında onlara "Nubian" deyilirdi. Bu keçilər arasında Misirin "Zaraibi" cinsi də var idi ki, bu da Anqlo-Nubiya cinsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu cinsin formalaşmasında üç erkək keçi xüsusilə mühüm rol oynamışdır.Bu keçilər 1896-cı ildə Hindistandan gətirilən Jamnapari, Çitraldan gətirilən başqa bir Hindistan keçisi və təxminən eyni vaxtda gətirilən Zaraibi idi. İlk qeydlər 1910-cu ildə aparılmışdır və bundan sonra idxal edilən damazlıq heyvanlardan istifadə edilməmişdir. XX əsrin əvvəllərində bu keçilər Vest-Hində ixrac edilmiş, oradan da ABŞ-yə gətirilmişdir. İlk ABŞ-yə gəliş 1909-cu ildə qeydə alınmışdır.Jerry Belanger, Sara Thomson Bredesen (2018). Storey's Guide to Raising Dairy Goats , fifth edition. North Adams, Massachusetts: Storey Publishing. . Bundan əlavə, bu keçilər Braziliyaya da ixrac edilmişdir. 2017-ci il məlumatlarına görə, Anqlo-Nubiya cinsi altmışdan çox ölkədə müxtəlif adlarla tanınır.Breed data sheet: Nubian & Anglo-Nubian / United Kingdom (Goat) . Domestic Animal Diversity Information System of the Food and Agriculture Organization of the United Nations. Accessed November 2023. 2007-ci ildə "FAO" tərəfindən dünya səviyyəsində "təhlükə altında olmayan" kimi qeydə alınmışdır.Barbara Rischkowsky, Dafydd Pilling (editors) (2007). List of breeds documented in the Global Databank for Animal Genetic Resources, annex to The State of the World's Animal Genetic Resources for Food and Agriculture. Rome: Commission on Genetic Resources for Food and Agriculture, Food and Agriculture Organization of the United Nations. . Archived 23 June 2020. 2020-ci ildə isə Birləşmiş Krallıqda "təhlükə altında" statusuna malik idi və "Nadir Cinslərin Qorunması Fondu"nun siyahısına daxil edilməmişdir.Goat watchlist . Kenilworth, Warwickshire: Rare Breeds Survival Trust. Accessed December 2020.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Keçi cinsləri