Osiket pişiyi — "Oselot"a (vəhşi pişik növü) bənzərliyi ilə tanınan, lakin genetik fonda son dövrlərdə heç bir vəhşi DNT izi daşımayan, tamamilə evcil pişik növü. Bu irq "Siam" və "Həbəşistan" pişiklərindən yaradılmış, daha sonra isə Amerika Qısatüklü pişikləri də əlavə edilmişdir.
Xüsusiyyətlər
Osiket, orta və iri ölçülü, "aguti" ləkələri olan bir pişikdir. Yaxşı inkişaf etmiş əzələlər və incə bədən quruluşu ilə atletik bir heyvan görünüşünə malikdir. Ağız hissəsi geniş və yaxşı müəyyən edilmişdir. Başın əyri xətti yumşaqdır. Qulaqlar 45 dərəcə bucaq altında yerləşir. Gözlər iri və badam şəklindədir, aralarında bir göz genişliyindən daha çox məsafə var. Mavi rəng xaricində bütün göz rəngləri qəbul edilir. Ayaqlar orta və uzun olub, yaxşı inkişaf etmiş əzələlərə malikdir və bədənlə yaxşı nisbətdədir. Quyruq uzun, incə və yumşaq bir daralma ilə təsvir edilir və tünd bir uca malikdir. Yetkin Osiketlərin çəkisi 2.7-6.4 kq arasında dəyişir. Osiket üçün 12 tanınmış rəng var: Tawny (qara), şokolat, darçın, mavi (qaranın rəng açıq versiyası), bənövşəyi (şokolatın rəng açıq versiyası), "faun" (darçının rəng açıq versiyası), qara gümüşü, şokolat gümüşü, darçın gümüşü, mavi gümüşü, bənövşəyi gümüşü və "faun" gümüşü.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri