Alfonso Karlos de Burbon (; ) — İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist iddiaçısı.
1849-cu ildə Londonda dünyaya gəldi. Atası İspaniya kralı IV Karlın nəvəsi və Karlist taxt iddiaçısı İnfant Xuan Karlos, anası isə Modena hersoqu IV Fransiskin qızı Mariya Beatrisadır. 1870-ci ildən etibarən Papalıq ordusunda xidmət etdi və italyanlara qarşı Romanı müdafiə etdi. 1872-1876-cı illərdə Üçüncü Karlist Müharibəsinin bəzi cəbhələrində vuruşdu. Ardından qalan illərini Avstriyadakı rəsmi iqamətgahında keçirdi və 1931-ci ildə qardaşı oğlu Ceymi de Burbonun vəfatıyla İspaniyanın Karlist və Fransanın Legitimist taxt iddialarını öz üzərinə aldı.
1871-ci ildə Portuqaliya kralı I Miquelin böyük qızı İnfanta Mariya das Neveslə evləndi. Ancaq övlad sahibi olmadı. Onun 1936-cı ildə vəfatından sonra İspaniya taxt-tacına Karlist iddiası sona çatdı.
Mənbə
Ədəbiyyat
Ignacio Miguéliz Valcarlos (ed.), Una mirada intima al dia a dia del pretendiente carlista, Pamplona 2017, ISBN 9788423534371 La battaglia di Porta Pia, [in:] Emanuele Martinez, Il Museo Storico di Bersaglieri, Roma 2020, ISBN 9788849289572 "El saco de Cuenca". Boinas rojas bajo la mangana, Cuenca 2010, ISBN 978-84-92711-76-5
İstinadlar
Kateqoriya:İspaniya hersoqları Kateqoriya:İspaniya infantları