Plesiodryas albonotata (Qaraboğaz robin) — "Petroicidae" fəsiləsinə aid olan Avstralasiya robin növü. Yeni Qvineya adasında yaşayır. Təbii yaşayış mühiti dəniz səviyyəsindən 1.150–2.750 metr yüksəklikdə yerləşən subtropik və ya tropik rütubətli dağ meşələridir.

Taksonomiya

Qaraboğaz robin ilk dəfə 1875-ci ildə italyan zooloqu Tommazo Salvadori tərəfindən Yeni Qvineyanın Arfak dağlarında toplanmış nümunə əsasında təsvir edilmişdir. O, bu növə "Megalestes albonotatus" binominal adını vermişdir. 1879-cu ildə ingilis zooloqu Riçard Boudler Şarp tərəfindən "Poecilodryas" cinsinə daxil edilmişdir. 2011-ci ildə aparılan molekulyar filogenetik tədqiqat göstərdi ki, qaraboğaz robin "Poecilodryas" cinsinin ən fərqli üzvüdür. Hazırda bu növ, 1820-ci ildə Avstraliyalı ornitoloq Qreqori Metyus tərəfindən təqdim edilmiş "Plesiodryas" cinsinə daxil edilən yeganə növdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1875-ci ildə təsvir edilən quşlar