Aspredinidae — Cənubi Amerikada yayılmış kiçik bir "naxakimi" fəsiləsidir və "banjo naxakimiləri" kimi tanınır. Təxminən 43 növü mövcuddur. "Aspredinid"lərə Cənubi Amerikanın əsas tropik çaylarında (məsələn, Maqdalena, Orinoko, Amazon, San-Fransisko, Paraqvay-Parana və Uruqvay) rast gəlinir. "Bunocephalus" cinsindən olan növlər And dağlarının qərbindəki çaylarda, o cümlədən Atrato, San Xuan və Patia çaylarında tapılır.

Taksonomiya

"Aspredinidae" fəsiləsinin 13 cinsindən bəziləri nisbətən yaxın tarixdə təsvir edilmişdir, o cümlədən "Acanthobunocephalus" (1995), "Micromyzon" (1996) və "Pseudobunocephalus" (2008). Bu cinslər üç yarımfəsiləyə bölünür. "Aspredinidae" tez-tez əsasən Asiyada yayılmış "Sisoroidea" üstfəsiləsinin bir hissəsi kimi tanınır və "Erethistidae" fəsiləsinin qardaş qrupu kimi qəbul edilir. Lakin, digər müəlliflər onların Doradoidea üstfəsiləsinin qardaş qrupu olduğunu iddia edir, bu üstfəsiləyə "Doradidae", "Auchenipteridae" və "Mochokidae" daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cənubi Amerika balıqları