thumb| Pivə qaçışının ştirakçıları başlanğıc xəttində thumb| Yarışçılar 400 metrlik trekin dörd dövrəsindən əvvəl bir qutu pivə içirlər Pivə qaçışı – içki və qaçışı birləşdirən 1 mil (1.6 km) uzunluğunda yarış növüdür. Adətən, bu yarış standart 400 metrlik və ya 1/4 mil uzunluğunda qaçış dairəsində keçirilir. Yarış start xəttində başlayır və iştirakçı əvvəlcə 355 ml (12 ABŞ unsiyası) pivə içir, sonra isə dairə boyunca bir tam dövrə (1 tur) qaçır. Növbəti üç dövrə də eyni şəkildə davam edir: hər dövrəyə başlamazdan əvvəl daha bir 355 ml pivə içilir. Dördüncü dövrəni və dördüncü pivəni tamamladıqdan sonra iştirakçı yarışı bitirmiş sayılır.
Şimali Amerikada hər dövrədən əvvəl 12 ABŞ unsiyası (355 ml) pivə banka və ya şüşədən içilir. Bu yarış üçün qaydalar toplusu müəyyən olunub və BeerMile.com saytında dərc edilib.
Hazırkı dünya rekordu Kanadalı Korey Bellemorea məxsusdur. O, 23 oktyabr 2021-ci ildə 4 dəqiqə 28.1 saniyəlik nəticə ilə üçüncü dünya çempionluğunu qazanaraq rekorda imza atıb. O, 2017-ci ildə San-Fransiskoda müəyyən etdiyi 4:33,6 ilə öz rekordunu yeniləyib.
Şelbi Houlihan 2023-cü ildə 5:43.81 vaxtla qadınların pivə qaçışı rekordunu qıraraq, altı dəqiqəlik rekordu qıran ilk qadın oldu.
Tarix 1997-ci ildə Toronto sakini Seanna Robinson Ontario ştatının Hamilton şəhərində keçirilən tədbirdə qadın pivə qaçışı rekordunu qoydu. Onun 6:42.0 vaxtı 2014-cü ilə qədər qadınlar arasında dünya rekordu olaraq qaldı, 44 yaşlı altı uşaq anası kris Kimbroh pivə qaçışını 6:28.6 ilə qaçdı.
Ceyms Nielsen 2014-cü ildə beş dəqiqəlik maneəni aşan ilk iştirakçı oldu. O vaxtdan bəri, rekord bir çox iştrakçı tərəfindən yenilənib.
2014-cü ildə Texas ştatının Ostin şəhərində ilk Pivə Qaçışı Dünya Çempionatı keçirildi. Kişilər arasında yarışı 5:00.23 nəticə ilə kanadalı Kori Qallager qazanıb. Qadınların yarışında amerikalı Bet Herndon 6:17,8 nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.
Ləğv edilmiş yarışlar İki milli yarış seriyası – "Brew Mile" və "National Beer Mile" yaranaraq qısa müddətdə fəaliyyət göstərsə də, tez bir zamanda fəaliyyətini dayandırdı. 2016-cı ilin sonuna qədər hər iki yarış seriyası maliyyə baxımından dayanıqsız hala düşdü. "National Beer Mile" isə fəaliyyətini şübhəli şəraitdə dayandırdı.
Alkoqollu digər yarışlar
Kastenlauf Kastenlauf (uzun formada:“Bierkastenlauf”, yəni "pivə yeşiyi qaçışı") – Avstriya, Almaniya və İsveçrə kimi almandilli ölkələrdə keçirilən içki yarışıdır. Bu idman növü Kistenlauf, Bierlauf, Bierkastenrennen, Bier-Rallye və ya Bierathlon adları ilə də tanınır. Yarışda iki nəfərdən ibarət komandalar iştirak edir və onlar birlikdə 10 litr pivə olan bir yeşiyi daşıyırlar. Marafon bitməzdən əvvəl həmin pivənin hamısı içilməlidir. Yarışın məsafəsi adətən 5–20 kilometr (təxminən 3.1–12.4 mil) arasında olur.
Marathon du Médoc Marathon du Médoc hər il sentyabr ayında Fransanın Bordo bölgəsində keçirilir və Médoc üzüm bağlarından keçən tam marafon məsafəsində (42.2 km) baş tutur. Yarışın əsas özəlliyi ondan ibarətdir ki, iştirakçılar marşrut boyunca 23 fərqli növ şərab dadırlar. Bu maraqlı format səbəbilə yarışa tez-tez “dünyanın ən uzun və ən sərxoşedici yarışı” və ya “dünyanın ən axmaq marafonu” kimi də istinad edilir.
İstinadlar
Xarici bağlantılar
Beer Mile Ceyms Nielsenin yutub kanalı Kateqoriya:İçki mədəniyyəti Kateqoriya:Oyunlar Kateqoriya:İdman Kateqoriya:Qəribə idman növləri Kateqoriya:Pivə qaçışı Kateqoriya:Pivə mədəniyyəti