Rixard ZorgeКолесникова М. В. Рихард Зорҝе/М. В. Колесникова, М. С. Колесников ; тәрҹ. Ҹ. Мәммәдов. — 1981 (; ; ) — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə. Zorge Ramzay ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.

Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

Erkən həyatı thumb|right|200px|Gənc Zorge Zorge və kimyaçı Erix Korrens. (Birinci Dünya müharibəsi, 1915)

Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olmuşdur. Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbilərdən idi. Qafqaz Neft Şirkətində çalışan Vilhelm Zorge rus əsilli Nina Semyonovna ilə evli idi. Ailə bir necə il Azərbaycanın mərkəzi şəhəri olan Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür. Zorgenin özü həmin dövrü aşağıdakı şəkildə təsvir edir:

Bakıda doğulmaq və daha sonra Berlinə yerləşmək kiçik Zorgenin həyatında təsirsiz ötüşmür. Kosmopolit ailə mühitinə sahib olan Zorgelərin Berlindəki həyatı standart alman ailələrindən fərqlənirdi. Rixardın böyük əmisi Fridrix Zorge dönəminin tanınmış ictimai-siyasi xadimləri olan Karl Marks və Fridrix Engels ilə dostluq münasibəti saxlayırdı.; quoted by Rixardın babası Albert Zorge də fəal siyasi fəaliyyətlə məşğul olurdu. Kommunizm hərəkatında öz fəallığı ilə fərqlənən ailənin davranışları Rixard Zorgeyə də təsir edir. thumb|left|330px|Müharibədə aldığı şrapnel yarasından sonra Köniqsberq xəstəxanasında müalicə olunması. Zorge Köniqsberq xəstəxanasında müalicə olunduğu zaman Karl Marksın əsərlərini oxumuş və kommunizm ideyaları ilə daha yaxından tanış olmuşdur. (1917) 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Zorge həmin ilin oktyabr ayında könüllü cəbhə bölgəsinə yollanır. Almaniya imperiyasının İmperiya Ordusunda tələbələr üçün təşkil olunmuş III topçu birliklərində xidmət etməyə başlayır. Qərb cəbhəsində aparılan şiddətli döyüşlərdə iştirak edərkən 1916-cı ilin mart ayında ağır yaralanır. Şrapnel yarası səbəbindən üç barmağı kəsilir və hər iki ayağı sınır. Döyüşdə aldığı bu zədə səbəbindən həyatının sonuna qədər axsamaq məcburiyyətində qalır. Müharibədə göstərdiyi şücaətə görə kapral rütbəsi alan Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli Dəmir xaç ordeninə layiq görülür.

Zorge reabilitasiya dövrü keçdiyi zaman qaldığı hərbi xəstəxanada Karl Marksın əsərlərini oxumağa başlayır. Həyatının bu dövründə kommunist fəlsəfəsi ilə daha yaxından tanış olur və müalicə aldığı xəstəxanada çalışan bir tibb bacısının atası vasitəsilə kommunist hərəkatına qoşulur. Zorgenin müharibə həyatının qalan hissəsi Almaniyanın Kiel, Berlin və Hamburq kimi şəhərlərdə iqtisadiyyat üzrə təhsil almaqla keçir. 1919-cu ilin avqust ayında Zorge Siyasi elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini alır.

Almaniya Kommunist Partiyasına qoşulan Zorge siyasi görüşləri və fikirləri səbəbindən işlədiyi kömür mədənindən qovulur. Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində Rixard Sovet Sosialist Respublikaları İttifaqına qaçmaq məcburiyyətində qalır. Yollandığı ölkədə Xüsusi Kəşfiyyat Orqanları ilə əməkdaşlığa cəlb olunması Rixard Zorgenin həyatında yeni və daha mühüm bir mərhələnin başlanğıcı olur.

Sovet kəşfiyyat sisteminə daxil olması Moskva şəhərinə gəldikdən qısa müddət sonra Zorge Sovet Kəşfiyyat idarəsində işə götürülür. Jurnalist adı altında fəaliyyət göstərməklə Avropanın müxtəlif ölkələrinə göndərilir və burada ona tapşırılan əsas işlərdən biri Avropada baş verə biləcək mümkün sosialist inqilabları öyrənmək idi. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaratmalı və bu barədə mərkəzə müntəzəm şəkildə raport verməli idi. 1920–1922-ci illər aralığında Zorge Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində yaşayır. Almaniyada olduğu dövrdə Kristina Qerlax ilə tanış olur. thumb|left|150px|Rixard Zorgenin xatirəsinə SSRİ-də çıxarılmış poçt markası. (1965) Krstinanın atası Albert Qerlaxın Kil Universitetində çalışması Zorgenin burada siyasi elmlər sahəsi üzrə təhsil almasına köməklik edir. 1921-ci ilin may ayında Kristina ilə Zorgenin toyu baş tutur. 1922-ci ildə cütlük Zorgenin tələbi ilə Frankfurt şəhərinə yerləşir. Ailənin bura gəlməsinin səbəbi Frankfurtda yerləşən varlı sahibkarlar barədə Sovet Kəşfiyyatı üçün məlumatların toplanması idi. 1923-cü ilin yay aylarında Zorge İlmenau şəhərində yayımlanan "Birinci Marksist İş Həftəliyi" () dərgisində yazmağa başlayır. Jurnalist kimi fəaliyyətini davam etdirməsi ilə yanaşı, Frankfurt şəhərində yerləşən Sosial Araşdırmalar İnstitutunun kitabxanasında yeni marksist fikir nəzəriyyəsinin inkişafı üçün çalışır.

1924-cü ildə cütlük ayrılır. Zorgenin işinə bağlı olması və tez-tez kəşfiyyat əməliyyatlarında iştirakı ailənin dağılmasının əsas səbəbi kimi göstərilmişdir. Boşanmanın ardından Zorge Moskva şəhərinə gedərək burada Beynəlxalq Kominternin Kəşfiyyat Bölməsinə cəlb edilir. 1929-cu ildə Zorgeyə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir. Onun buradakı əsas vəzifəsi SSRİ-ni maraqlandıran xarici kəşfiyyat məlumatlarının toplanması və zamanında ötürülməsi idi.

1929-cu ildə Zorge Böyük Britaniyaya göndərilir. O, burada işçi hərəkatları ilə bağlı vəziyyəti öyrənməli və Böyük Britaniya Kommunist Partiyasının fəaliyyətini araşdırmalı idi. Eyni zamanda Zorgeyə tapşırılan əsas vəzifələrdən biri krallığın sosial-siyasi vəziyyəti barədə raport hazırlayıb sovetlərə göndərmək olur. Moskvadan gələn növbəti bir təlimata əsasən, Britaniyada gizli fəaliyyət göstərməli və siyasi dairələrlə məsafəli davranmalı idi.

1929-cu ilin noyabr ayında xəfiyyə Almaniyaya göndərilir. Burada Nasional Sosialist Alman Fəhlə Partiyasının sıralarına qoşulmalı və yerli solçu qanadı təkmilləşdirməli idi. Zorge Almaniyada () qəzetinin xüsusi müxbiri kimi işləməyə başlayır. Onun sovet kəşfiyyat sisteminə cəlb edilməsində Yan Berzinin böyük rolu olmuşdur.

Çin – 1930 1930-cu ildə Zorge Şanxay şəhərinə göndərilir. O, burada () qəzetinin xüsusi müxbiri və araşdırmaçı əməkdaşı kimi fəaliyyət göstərməkdə idi. Çində olduğu müddət ərzində xəfiyyə ilə digər bir sovet agenti Maks Klausen arasında təmas yaranır. Zorge Klausen ilə yanaşı alman xəfiyyə Ursula Kaçinski və amerikalı jurnalist Aqnas Smedli ilə də görüşlər keçirdir.Richard C. S. Trahair. Encyclopedia of Cold War Espionage, Spies and Secret Operations. Greenwood Publishing Group, 2004. ISBN 0-313-31955-3 Smedli öz solçu fikirləri ilə tanınan bir jurnalist kimi () qəzeti üçün çalışırdı. Tərəflər arasında inkişaf edən yaxınlaşma qısa zamanda sevgi münasibətinin yaranması ilə nəticələnir.

Smedli vasitəsilə Zorge yapon jurnalist və dövlət xəfiyyəsi olan Hotsumi Ozaki ilə tanış olur. Bununla da xəfiyyənin gələcəkdə Yaponiyada fəaliyyət göstərməsi üçün əlverişli zəmin yaranır. Asahi Shimbun adlı qəzet üçün çalışan Ozaki Yaponiya İmperiyasının dövlət katibi kimi imperiyanın xarici maraqlarından məsul şəxs idi. Ancaq buna baxmayaraq Ozaki Yaponiya əleyhinə casusluq fəaliyyəti ilə məşğul olmuş və əsasən sovet xəfiyyə şəbəkəsi ilə yaxın münasibətlər yaratmışdır. Ozaki və Zorge arasında olan münasibət ikincinin Asahi Shimbun qəzetində işləməsi ilə nəticələnir. Ümumiyyətlə, Zorge bütün xarici əməliyyatlara jurnalist adı ilə getmişdir. Avropada fəaliyyət göstərən tanınmış qəzetlərin xarici ölkələr üzrə olan müxbirləri XX əsrin 30-cu illərində diqqətdən kənarda qalırdı. Zorge də bu nüansdan maksimal şəkildə istifadə etməyə çalışmışdır.

Jurnalist kimi Çində fəaliyyət göstərdiyi müddət ərzində ölkənin kənd təsərrüfatı və mədəniyyəti ilə maraqlanmağa başlayır. Zorgenin əsas xüsusiyyətlərindən biri getdiyi Asiya ölkələrində yerli əhalinin dilini öyrənməyə cəhd etməsi idi. Çin və Yaponiyada kəşfiyyat əməliyyatlarında olduğu zaman buna cəhd etsə də həmin dilləri öyrənə bilməmişdir. Çin Kommunist Partiyasının öndə gələn üzvləri ilə təmaslar yaratması Zorgenin Çinin müxtəlif bölgələrinə səfərlər etməsində yardımçı olur. Həmin səfərlər xəfiyyənin ölkənin mədəniyyəti və çoğrafiyası barədə daha ətraflı məlumat toplaması üçün əhəmiyyəti olur.

1932-ci ilin yanvar ayında Şanxay küçələrində yapon və çin qüvvələri arasında baş verən silahlı toqquşmalar barədə SSRİ mənbələrinə məxfi məlumatı Zorge çatdırır. Dekabr ayında xəfiyyə Moskvaya geri çağırılır. 1933-cü ilin əvvəlində Moskvaya gələn Zorge burada Çinin kənd təsərrüfatı ilə bağlı kitab yazmağa başlayır. Çin səfəri xəfiyyənin şəxsi həyatı üçün də uğurlu olur. Çində olarkən tanış olduğu Katya ləqəbli rus qadın Yekaterina Maksimovna ilə evlənir və çütlük birlikdə Rusiyaya qayıdırlar.

Yaponiya – 1933 thumb|right|250px|Yaponiyada jurnalist kimi fəaliyyət göstərməsi üçün Rixard Zorgeyə verilən vəsiqə. Yaponiya səfəri Zorgenin həyatında əsas həlledici məqamlardan biri olmuşdur. 1933-cü ildə Yaponiyaya göndərilməsi xəfiyyənin bir növ gələcək müqəddəratını müəyyənləşdirir. 1933-cü ilin may ayında Zorge Yaponiyaya yola salınır. Məqsəd hər zaman olduğu kimi getdiyi ölkədə SSRİ üçün əhəmiyyətli olan kəşfiyyat məlumatlarının toplanması və onların zamanında mərkəzə ötürülməsi idi.

Zorge Yaponiyada Ramzay kodadı altında fəaliyyət göstərmişdir. O, Yaponiyaya getməmişdən əvvəl Berlinə səfər edir. Almaniyaya edilən səfərin məqsədi Yaponiyaya bir alman qəzetinin xüsusi müxbiri kimi gedə bilməsi üçün sənədləşdirmə işlərinin həll edilməsi idi. Berlində olduğu müddət ərzində Üçüncü Reyx tərəfindən təşkil edilən pivə şənliklərində iştirak edən Ramzay Fürerin Mein Kampf əsəri ilə tanış olur.

Nasistlər tərəfindən keçirilən içki məclislərində ağızdan bir neçə dəfə məxfi məlumatları qaçırmasının ardından həmin məclislərdən uzaq durmağa çalışır. Nasistlərin diqqətini çəkməməyə maksimal dərəcədə çalışan Zorge bir neçə dəfə özünü şübhəli vəziyyətə salsa da vəziyyətdən çıxa bilir. Xüsusən onun pivə qonaqlıqları zamanı gərgin görünməsi və ya az içməsi (bəzən ümumiyyətlə içməməsi) müəyyən şübhələrin yaranmasına səbəb olur.

Zorgenin özü başqa bir SSRİ xəfiyyəsi Heda Massinqə yazdığı məktubda mövcud durumunu belə izah edir: