Catostomus microps — Şimali Kaliforniya və cənubi Oreqon ərazilərinə məxsus nadir növ şirin su balığı.

Təsvir

"Catostomus microps"-un qısa başı və kiçik gözləri var. Bu balıq 3-4 düym uzunluğa çatdıqda yetkinləşir; yetkin fərdlər adətən 7 düymdən çox olmur, lakin nadir hallarda 13 düymü keçir.USFWS. Catostomus microps Five-year Review. August 2009.Catostomus microps. The Nature Conservancy. İndiyə qədər "Goose" gölündə tapılan ən böyük "Catostomus microps" 11 düym uzunluğunda olub. Onların yan xətt pulcuqlarının sayı adətən 73-91 arasındadır. Yan xəttin üstündəki orta pulcuq sayı 15-19, yan xəttin altındakı pulcuq sayı isə 9-12 arasındadır. Ən çox beş yaşına qədər yaşadığı müşahidə edilib. "Catostomus microps"-un 5 növ üzgəci var: bel, anal, döş, qarın və quyruq üzgəcləri. Bel üzgəclərinin şüalarının sayı 9-12, anal üzgəclərinin 7, qarın üzgəclərinin 8-10, döş üzgəclərinin 15-17, quyruq üzgəclərinin isə 18-19 şüa arasındadır. "Catostomus microps"-un alt dodağı dərin şəkildə çentiklidir və 5-6 sıra papillanın yalnız biri iki dodağı birləşdirir. Onların üzgəcləri bir qədər sarımtıl-qəhvəyi rəngdədir. Ümumilikdə, yaşıl-qəhvəyi və ya zeytun rəngindədir və bel nahiyəsi qırmızımtıl rəngdə təmsil olunur. Xüsusilə, hər iki cinsin çoxalma mövsümü xaricindəki bədən rəngləri yaşıl-qəhvədidən açıq maviyə, tünd boz və zeytun rənginə qədər dəyişir. Bədənin yan tərəflərində daha açıq rənglər və ümumi ləkələr var, adətən 3-4 tünd ləkə "Sacramento sucker"-lərinə bənzəyir. Qarın nahiyəsi ağdan krem və ya sarımtıl rəngdədir və heç bir işarə yoxdur. Lakin çoxalma mövsümündə erkək fərdlərin yan tərəflərində narıncı-qırmızı zolaqlar, narıncı üzgəclər olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər