Scopelarchidae — "Aulopiformes" dəstəsinə aid olan şüaüzgəcli balıqlar fəsiləsi.
Təsvir
"Scopelarchidae" balıqları kiçik və orta ölçülü balıqlardır. Növündən asılı olaraq uzunluqları 3,7 sm (1,5 düym) ilə 35 sm (14 düym) arasında dəyişir. Onlar kərtənkələ balıqlarına bənzəyir. Böyük ağız, çoxsaylı dişləri və çəngəllənmiş quyruğu var. Bel üzgəci arxa hissənin ortasında yerləşir və kiçik bir yağ üzgəci var.
Ekologiya
"Scopelarchidae" balıqlarının əksər növləri tropik sularlarda tapılsa da, bu balıqlar dünyanın bütün okeanlarında, o cümlədən Antarktika okeanında yeni təsvir edilmiş "Lagiacrusichthys" cinsində də aşkar edilmişdir.Davis, M. P., (2015). Evolutionary Relationships of Deep-Sea Pearleyes (Aulopiformes: Scopelarchidae) and a New Genus of Pearleye from Antarctic Waters. Copeia, 103(1), pp 64–71. doi.org/10.1643/CI-14-139 Bu balıqlar əsasən 500 ilə 1,000 m (1,600 ilə 3,300 fut) dərinlikdə yaşayır.
İstinadlar
Xarici keçidlər