Dysomma anguillare — Ümumi adları ilə "shortbelly eel" (qısa qarın ilan balığı), "stout moray" (qalın moray), "mustard eel" (xardal ilan balığı) və ya "arrowtooth eel" (oxdiş ilan balığı),Common names of Dysomma anguillare at www.fishbase.org. "Synaphobranchidae" (boğaz kəsmə ilan balıqları) fəsiləsinə aid olan bir ilan balığı növü.Dysomma anguillare at www.fishbase.org. Bu növ 1923-cü ildə Keppel Harkurt Barnard tərəfindən təsvir edilmişdir.Barnard, K. H., 1923 (Sept.) [ref. 191] Diagnoses of new species of marine fishes from South African waters. Annals of the South African Museum v. 13 (pt 8, no. 14): 439–445. Tropik dəniz ilan balığı olan bu növə Qərb Atlantik okeanı və Hind-Qərb Sakit okeanında, o cümlədən ABŞ, Venesuela, Cənubi Afrika, Zənzibar və Yaponiya sularında rast gəlinir.

Xüsusiyyətlər

30–270 metr (98–886 fut) dərinlikdə yaşayır və sahil suları ilə böyük çay mənsəblərindəki palçıq çöküntülərində məskunlaşır. Erkək fərdlər maksimum 52 sm (20 düym) uzunluğa çata bilir. Qısa qarın ilan balığı balıqçılıq üçün heç bir kommersiya əhəmiyyətinə malik deyil.

İstinadlar

Xarici keçidlər