Centropus andamanensis (Andaman kukalı və ya qəhvəyi kukal) — Andaman, Coco və Table adalarında tapılan qeyri-parazit kukal növü. Bəzən böyük kukalın (Centropus sinensis) yarımnövü kimi qəbul edilir. Əsasən meşəli ərazilərdə və sıx bitki örtüklü bağlarda rast gəlinir.

Təsvir Bu növ, iri kukaldır. Erkəklərin uzunluğu təxminən 380–400 mm, dişilər isə bir qədər iri olub 400–420 mm uzunluğa malikdir. Quruluş etibarilə böyük kukala (Centropus sinensis) çox bənzəyir, lakin onun lələkləri qəhvəyi rəngdədir, böyük kukalda isə qara rəng və mavi-bənövşəyi parıltı müşahidə olunur. Andaman kukalının beli və qanadları şabalıdı, başı isə açıq qəhvəyi rəngdədir. Bel və döş nahiyyəsi açıq qəhvəyi rəngdən qarın və alt hissədə tünd qəhvəyi rəngə keçid edir. Gözün bəbək hissəsi açıq qəhvəyi, quyruğun əsası açıq qəhvəyi, uca doğru isə tünd bənövşəyi-qəhvəyi rəngdədir. Quyruq lələklərinin qara oxları aydın seçilir. Cavan fərdlərdə bədənin alt hissəsində xırda zolaqlar müşahidə olunur.

Həmçinin bax Centropus grillii Centropus leucogaster Centropus monachus

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər