Qaşqar dağları— Çin Pamirinin əsas hissəsini təşkil edən dağların adıdır.
Onlar şimal-şərqdən Pamir dağlarını əhatə edərək, onu səhra olan Kaşqariyadan (Tarım hövzəsi) ayırır, beləliklə, Amudərya və Tarımın suayrıcı olurlar«» // Энциклопедический словарь по физической культуре и спорту. Том 1. Гл. ред. — Г. И. Кукушкин. , «Физкультура и спорт», 1961. 368 с..
Gözdərya çayının vadisi Qaşqar dağlarını şimal və cənub hissələrinə ayırır.
Şimal hissəsini Kinqtau və Uluqartağ silsilələri, cənub hissəsinə isə Qaşqar silsiləsi və onun şərqində yerləşən, həmçinin Qaşqar adlanan yayla daxildir.
Silsilələrin qövsü eninə uzanan Trans-Alay silsiləsinin şərq kənarlarından başlayır və cənub-şərqə dönərək Kinq-Tau silsiləsinə keçir.
Kaşqar dağ silsiləsində növbəti yer Kinqtau (şimal-qərbdə) ilə Qonqurmuztağ silsiləsini (cənub-şərqdə) birləşdirən Uluqartağdır.
Kinqtau silsiləsindən Uluqart aşırımı (5109), meridional Qonqurmuztağ silsiləsindən isə geniş Göydərya vadisi ilə ayrılır.
Daşqurqandəryanın yuxarı axarları Qaşqar silsiləsini bu silsiləni davam etdirərək Qərbi Kunlunla birləşən Taşkurqantağ və Çonkır silsilələrindən ayırır.
Müxtəlif tədqiqatçılar Qaşaqar silsiləsinin zirvələrini həm Şərqi Pamirə, həm də şimal-qərbi Kunluna aid edirlərЧхетиани О. Г. История освоения массива Музтаг-Ата-Конгур. 2000..
Qaşqar dağlarında əhəmiyyətli dərəcədə buzlaşma var.
Böyük buzlaqların əksəriyyətinin uzunluğu 9-11 km-ə çatır, Kongurmuztağın ən böyük buzlaqlar — Çimgən, Qarayaylax və Kokosel isə 20 km-dən artıqdır.
Qaşqar dağlarının ümumi buzlaq sahəsi 2258 km²-dir«» на портале «Живая Энциклопедия Приключений»..
İstinadlar
Kateqoriya:Sincan-Uyğur Muxtar Rayonunun coğrafiyası