Ağ mühacirət () — 1917-ci il Fevral inqilabından və xüsusilə Oktaybr inqilabından (1917) sonra Rusiya İmperiyasının sabiq aristokratiyasının, zadəganların, çar məmurlarının, intellektualların, zabitlərin və digər bolşeviklərə qarşı olanların xaricə kütləvi köçünü ifadə edən anlayışdır.François Bauchpas, L'émigration blanche, Paris, 1968 Bu insanlar əsasən Rusiya vətəndaş müharibəsi (1917–1923) dövründə məğlub olmuş Ağ Hərəkatın tərəfdarları idilər.
Tarixi 1917-ci il Böyük Oktyabr Sosialist İnqilabı nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi ilə çoxsaylı siyasi, sosial və mədəni elitalar üçün yeni rejim qəbuledilməz sayıldı.Michael Kellogg, The Russian Roots of Nazism White Émigrés and the Making of National Socialism, 1917–1945, Cambridge 2005 İnqilabdan və daha sonra başlayan vətəndaş müharibəsindən sonra yüz minlərlə insan bolşevik repressiyalarından və sosial-iqtisadi dəyişikliklərdən qurtulmaq üçün Rusiyanı tərk etdi.Wallter Laqueur, Russia and Germany: A Century of Conflict, London: Weidenfeld & Nicolson 1965, M. V. Nazarov, The Mission of the Russian Emigration, Moscow: Rodnik, 1994.
Ağ mühacirlər əsasən aşağıdakı ölkələrə köç etdilər:Karl Schlögel (ed.), Russische Emigration in Deutschland 1918–1941. Leben im europäischen Bürgerkrieg, Berlin: Akademie-Verlag 1995. Fransa (xüsusilə Paris) Almaniya Çexoslovakiya Polşa Türkiyə (xüsusilə İstanbul) Çin (xüsusilə Harbin və Şanxay) Serbiya və Bolqarıstan ABŞ və Kanada
Ağ mühacirlər getdikləri ölkələrdə öz mədəni və siyasi həyatlarını davam etdirdilər. Onlar qəzetlər nəşr etdilər, siyasi təşkilatlar qurdular, məktəblər, teatrlar və mədəniyyət mərkəzləri yaratdılar. Ağ mühacirətin bəzi nümayəndələri mühacirət dövründə Sovet İttifaqı əleyhinə siyasi və ideoloji fəaliyyət göstərirdilər.
Həmçinin bax Rusiya vətəndaş müharibəsi Rusiyada mühacirət hərəkatları
İstinadlar
Ədəbiyyat Arjakovsky, Antoine (2013). The Way: Religious Thinkers of the Russian Emigration in Paris and Their Journal, 1925–1940. University of Notre Dame Press. . Beyda, Oleg (2024). For Russia with Hitler: White Russian Émigrés and the German-Soviet War. University of Toronto Press. . Borogan, Irina (2022). The Compatriots: The Russian Exiles Who Fought Against the Kremlin. PublicAffairs. . Hassell, James E. (1992). Russian Refugees in France and the United States Between the World Wars. Amer Philosophical Society. . Zakharov, Vasilii (2004). No Snow on Their Boots: About the First Russian Emigration to Britain. Basileus Press.
Mənbə Pipes, Richard. The Russian Revolution. Vintage, 1991. Raeff, Marc. Russia Abroad: A Cultural History of the Russian Emigration, 1919–1939. Oxford University Press, 1990. Heller, Mikhail; Nekrich, Aleksandr. Utopia in Power: The History of the Soviet Union from 1917 to the Present. 1986.
Xarici keçidlər Russia Abroad: A comprehensive guide to Russian Emigration after 1917 Exploring the White Russians' legacy in Istanbul | Eurasianet
Kateqoriya:Rusiya tarixi Kateqoriya:Mühacirət Kateqoriya:Rusiya vətəndaş müharibəsi Kateqoriya:Rus diasporası Kateqoriya:XX əsr Avropa tarixi Kateqoriya:Siyasi mühacirət Kateqoriya:Rus millətçiliyi Kateqoriya:SSRİ tarixi Kateqoriya:Antikommunizm Kateqoriya:Siyasi terminlər