Avropa Azərbaycan Cəmiyyəti (, TEAS) — 2008-ci ildə təsis edilmiş lobbiçilik qrupu. Təşkilatın məqsədi Avropada siyasətçilər arasında Azərbaycanın təbliğ edilməsi üçün lobbiçilik fəaliyyəti aparmaq olmuşdur.
Tarixi 2006-cı ildə Azərbaycan Fövqəladə Hallar naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərov London Azərbaycan Cəmiyyətini təsis etmişdir. 2008-ci ildə bu qrup Avropa Azərbaycan Cəmiyyəti (TEAS) adlandırılmışdır.
İlkin olaraq cəmiyyətin iki direktoru olmuşdur: Nicat Heydərov və Tale Heydərov. Onlar 2008-ci ildən 2013-cü ilin may ayına qədər bu vəzifədə olmuşlar. 2013-cü ilin may ayından etibarən cəmiyyətin direktoru və şirkət katibi Lionel Devid Setter olmuşdur. Şahin Neməti-Nəsəb 2008-ci ildən 2011-ci ilə qədər katib olmuşdur. 2011-ci ildən 2013-cü ilə qədər bu vəzifəni Nicat Heydərov tutmuşdur. 2013-cü ildə ilk korporativ katib kimi "Legis Secretarial Services Limited" ortaya çıxmış, 2014-cü ildə isə bu vəzifə "Nsm Services Limited" tərəfindən əvəz edilmişdir.
Həmçinin bax
TEAS Press
İstinadlar
Xarici keçidlər Official website of TEAS Official website of Visions of Azerbaijan Magazine
Kateqoriya:Azərbaycanın xarici siyasəti