Lora Junot () — fransız yazıçısı və memuaristi.
Bioqrafiya Lora Junot Korsikada keçmiş idarəçi Marten de Permonun və Bizans imperatorlarının nəslindən olan Demetrius Komninin bacısı Panoria Komninin qızı idi. Komninlər sülaləsi əslində Trabzon imperiyasının son yunan sülaləsi idi.Ouvrard, Robert "Consulate First Empire - Permon Laure, Duchess of Abrantes" Histoire-Empire.org. (French, tr. English)"Duchesse d'Abrantes" . AEI.ca. (French, tr. English). Dul qaldığı dövrdə ona gənc Napoleon Bonapart evlilik təklifi etmişdi- ən azı qızı Lora bunu özünün məşhur "Memuarlar və tarixi xatirələr" əsərində belə qeyd etmişdi. Permontlar Bonapartların uzaq qohumları idi; Napoleonun atası onların evində vəfat etmişdi. Permon ailəsi Parisə köçdü və Bonapart Yakobin diktaturasının süqutundan sonra onların evinə baş çəkirdi.
1800-cü ildə on altı yaşlı Lora Napoleonun köməkçisi Juno ilə evləndi. O, dərhal Parisin ali cəmiyyətinə daxil oldu və gözəlliyi, zəkası və qeyri-adi davranışları ilə məşhurlaşdı. Birinci konsul ona "petite peste" (şeytan qız) ləqəbini verdi, lakin həm ona, həm də Junoya dostcasına münasibət göstərərək onlara bol hədiyyələr verirdi. Bu isə madam Junoya onun haqqında xatirələrində istehzalı və hətta böhtançı təsvrilər yazmağa mane olmurdu. thumb|left||200px|M.Jerar - Lora Junot həyat yoldaşı ilə
O, ərini 1806-cı ildə Lissabona müşayiət etdi və burada dəbdəbəli həyat tərzi sürdü. Bu səbəbdən Parisə qayıdan Junot borclara batmışdı və bütün səylərinə baxmayaraq, onların miqdarını azaltmaq mümkün olmadı. 1807-ci ilin sonunda madam Junot yenidən Portuqaliyanın paytaxtında ərinə qoşuldu.
1814-cü ildə Napoleonun əleyhdarlarına qoşuldu. O, bir müddət Metternixlə yaxın oldu. 1815-ci ildə Lora Junot bir müddət Romada yaşadı və orada sənət adamlarının mühitində oldu. Parisə qayıtdıqdan sonra o, ictimai həyat sürməyə çalışsa da, ərinin ölümündən sonra milyon dollarlıq borcla qaldı. Hersoginya bütün əmlakını satdı, kiçik bir müavinət aldı, Versalda məskunlaşdı və ədəbi işlə məşğul oldu. Orada, 1825-ci ildə hersoginya ilə Balzakın bacısı Lora Syurvil tanış oldu və o, qardaşını Lore d'Abrantes ilə tanış etdi. Hersoginya gənc yazıçının sevgilisi oldu.
Məhz Balzak Lora Junota xatirələrini yazmaq ideyasını verdi və bu işdə ona kömək etdi. Xatirələr 1831-1834-cü illərdə Parisdə 18 cilddə çap olundu və dəfələrlə təkrar nəşr olundu.
Vəfatı Lora Junot ömrünün son illərini ehtiyac içində keçirdi və 1838-ci ildə qocalar evində vəfat etdi.
Ədəbiyyat А. Моруа. Прометей, или Жизнь Бальзака. — М.: Пресса, 1992, ISBN 5-253-00562-5 Энциклопедия Британника Robert Chantemesse, Le Roman inconnu de la duchesse d’Abrantès, Paris, Plon, 1927 Henri Malo, Les Années de bohême de la duchesse d’Abrantès, avec six portraits, Paris, Émile-Paul Frères, 1927 Henri Malo, La Duchesse d’Abrantès au temps des amours, Paris, Émile-Paul Frères, 1927 Nicole Toussaint du Wast, Laure Junot, duchesse d’Abrantès, Paris, Fanval, 1985 Бенцони, Жюльетта Марианна
İstinadlar
Xarici keçidlər
Memoirs of the Duchess d’Abrantès (Madame Junot) by Laure Junot, duchess d’Abrantès, 1832, (J.& J. Harper, NY). Kateqoriya:XIX əsr Fransanın qadın yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Fransa memuarçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri