Miyna Sillanpyaya (; ) — Finlandiya siyasətçisi və dövlət xadimi. Finlandiyanın ilk qadın naziri və fəhlə hərəkatının əsas üzvlərindən biri. Finlandiya Sosial Demokrat Partiyasının üzvü, Finlandiyanın ikinci Sosial Təminat naziri (1926–1927), Eduskuntanın (parlament) üzvü (1907–1911, 1914–1917, 1919–1933, 1936–1948), iqtisadi müşavir.
Həyatı Miyna Silanpyaya 4 iyun 1866-cı ildə Yokioynendə çoxuşaqlı kəndli ailəsində anadan olmuşudur. Əmək fəaliyyətinə 12 yaşında Forssa pambıq fabrikində başlamışdır. Sonra Jokioynendəki mismar düzəldən fabrikdə işləmişdir. 18 yaşı olanda xadimə işləmək üçün Porvoo şəhərinə köçmüşdür. Orada adını dəyişib Miyna Silanpyaya (Sillanpää) etmişdir. "Sillanpää" fin dilində plasdarm deməkdir. O, 1898-ci ildən işə başlamış və üç il sonra Xadimələr Cəmiyyətinin direktoru olmuşdur. Təxminən 50 il bu vəzifədə çalışmışdır.
1900–1915-ci illərdə o, Helsinki Məişət İşçiləri Assosiasiyasının Qulluqçular Evi və Məşğulluq Agentliyinin mühafizəçisi vəzifəsində çalışmışdır. Bu müddət ərzində Finlandiyada 1906-cı ildə qadınlara səs vermə hüququ verilmişdir. Finlandiya Avropada qadınlara səsvermə hüququ verən ilk ölkədir.
1916–1932-ci illərdə o, Osuusliike Elanto korporativinə məxsus yeməkxana və kafelərin müfəttişi, 1932–1936-cı illərdə Sosial Demokrat Partiyasının Fəhlə Qadınlar Assosiasiyasının katibi vəzifələrində çalışmışdır.
Təhsili və mükafatları Silanpyayanın məktəb təhsili yox idi — o, yalnız səyyar müəllimlərdən (Fin dilində kiertokoulut, sözün əsl mənasında "səyahət məktəbləri" deməkdir) və fabrik məktəbində təhsil almışdır.
Silanpyaya 1939-cu ildə talousneuvos (iqtisadi müşavir) fəxri adına layiq görülmüşdür. 1949-cu ildə Prezidenti Paasikivi tərəfindən həyat boyu göstərdiyi fəaliyyətinə görə Finlandiya Mədəniyyət Fondunun mükafatını almışdır.
Sosial demokrat kimi Miyna Silanpyaya siyasi nəzəriyyəçi olmasa da, sosial-demokrat birliyi hərəkatında fəal iştirak etmişdir. Xüsusilə, çalışqan və ərsiz qalan qadınların hüquqları üçün geniş təbliğat aparmışdır. Böhranlı şəraitdə yaşayan ərsiz qadınlar və onların uşaqları üçün Helsinkidə Analar Evinin tikintisinə nail olmuşdur. Binanın təntənəli açılışı 2 iyun 1942-ci ildə baş tutmuşdur.
O, həmçinin, 1930-cu illərdə qadın sığınacaqlarının (ensikoti) yaradılmasında çox fəallıq göstərmişdir. 1918–1919-cu illərdə və 1933–1940-cı illərdə Sosial Demokrat Partiyasının partiya fəaliyyət qrupunun üzvü, Sosial Demokrat Qadınlar Assosiasiyasının və Sosial Demokrat Fəhlə Qadınlar Assosiasiyasının sədri vəzifələrində çalışmışdır..
Millət vəkili kimi Miyna Silanpyaya 1907-ci ilin 15–16 mart tarixlərində keçirilən parlament seçkilərindən sonra yaradılmış yeni birpalatalı parlamentə (Eduskunta) seçilən ilk 19 qadın üzvlərdən biri olmuşdur. O, 38 il parlament üzvü olmuşdur: 1907–1911, 1913–1917, 1919–1933 və 1936–1948.
13 dekabr 1926-cı ildən 17 dekabr 1927-ci ilə qədər 370 gün davam edən Baş nazir Väinö Tannerin hökumətində Sosial İşlər Nazirinin müavini seçildikdən sonra o, Finlandiyanın ilk qadın naziri olmuşdur. Miyna Silanpyaya Finlandiya tarixində ilk, Avropada isə ikinci qadın nazir olmuşdur.
Silanpyaya 1925, 1931, 1937, 1940 və 1943-cü illərdə Finlandiya Prezidentinin rəsmi seçicisi kimi çıxış etmişdir.
Jurnalist karyerası Miyna Silanpyaya həmçinin jurnalist idi. O, 1905–1906-cı illərdə "Palvelijatar" ("Qulluqçu Qadın") jurnalının redaktoru, 1907–1916-cı illərdə "Työläisnainen" ("Çalışqan qadın") jurnalında, 1922-ci ildən 1923-cü ilə qədər "Toveritar" ("Qadın yoldaş") jurnalında redaktor vəzifəslərində işləmişdir.
1930-cu ilə kimi Finlandiyada qadınlar kişilərin himayəsində olduqlaından onları jurnalist kimi işləməyə qoymamışlar. Miyna Silanpyaya normal təhsil almamasına baxmayaraq, jurnalist kimi fəaliyyət göstərmişdir, çünki subay olmuşdur. O, heç vaxt ailə qurmamışdır.
Vəfatı və mirası Miyna Silanpyaya Helsinkidə 85 yaşında vəfat etmişdir. 2016-cı ildə bu fəal qadının anadan olmasının 150 illiyi ilə əalqədar Finlandiya hökuməti 1 oktyabr tarixini Silanpyayanın şərəfinə Finlandiya bayrağının qaldırılması rəsmi günü kimi elan etmişdir. Ədəbiyyat
Oma Mäkikossa: Yhteiskunnalle omistettu elämä. Miina Sillanpään elämän ja työn vaiheita. (Tammi 1947) Martta Salmela-Järvinen: Miina Sillanpää, legenda jo eläessään. (WSOY-Porvoo 1973) Miina Sillanpään bibliografia. (Publications of the Miina Sillanpää foundation A:1. Vammalan Kirjapaina 1989)
Qalereya
İstinadlar