Vittoriya Farneze (; ) — Parma hersoqu Piyer Luicinin yeganə qızı, Urbino hersoginası.

10 avqust 1519-cu ildə Toskanadakı ailə mülklərində dünyaya gəldi. Atası Papa III Pavelin oğlu Piyer Luici, anası isə məşhur Orsini ailəsindən Girolama Orsinidir. Uşaqlığından etibarən gələcəkdə kiminlə evlənəcəyi müzakirə məsəsləsi idi. Bəy namizədləri arasında Florensiya hersoqu I Kozimo Mediçi, Savoyya hersoqu Emmanuil Filibert, hətta imperator V Karl belə vardı. Ancaq bu müzakirələr nəticəsiz qaldı.

Nəhayət, qardaşı kardinal Alessandro Farnezenin vasitəçiliyi ilə yenicə dul qalmış Urbino hersoqu II Qvidobaldo della Roverlə evləndirildi. Cehiz olaraq 60 min duka məbləğ, 20 min dukat dəyərində isə ləl-cəvahirat göndərildi. Cütlüyün nigahı 29 iyun 1547-ci ildə Romada bağlansa da, rəsmi toy mərasimi 30 yanvar 1548-ci ildə baş tutdu. Bu nigahdan 9 övladı dünyaya gəlsə də, bunlardan yalnız üçü yetkinlik yaşına çata bildi.

II Françesko della Rover, Urbino hersoqu Covanni (1551-1554) Elyanora (1552-1553) Konstansa (1553) İzabella (1554-1619) Alessandro (1556) Federiko (1557-1560) Laviniya (1558-1632) Vittoriya (1561-1566)

İstinadlar

Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:Roma şəxsləri