Şəhərdə sağ qalma sindromu (Urban survival syndrome) — ABŞ hüquq sistemində ya haqq qazandırma müdafiəsi, ya da bəraət müdafiəsi olaraq istifadə edilə bilər.
Tarix
Şəhərdə sağ qalma sindromu müdafiəsinin ilk dəfə istifadə edildiyi, amma uğursuz olduğu iş 1994-cü ildə Texasda, Deymion Ozbinin qətl işi olub. Ozbi, 17 yaşlı qaradərili bir gənc idi və park sahəsində iki silahsız kişini vurub öldürmüşdü. Müdafiə vəkilləri, Ozbinin yaşadığı məhəllənin yüksək cinayət faizi ilə tanınan bir bölgə olduğunu və onun həyatını qorumaq üçün bu hərəkətləri etməsinin məqbul olduğunu iddia etdilər. Təqdim edilən ekspert şahidliyində sosioloq Cered Teylor, Fort-Uort ərazisinin çox təhlükəli olduğunu və öldürülməyin gənc kişilər üçün ən böyük təhlükə olduğunu bildirdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sindromlar