Gymnogyps californianus (Kaliforniya kondoru) — "Yeni Dünya" leş yeyənləri fəsiləsinə aid olan, Şimali Amerikanın ən böyük quru quşu.

Taksonomiya

Kaliforniya kondoru ilk dəfə 1797-ci ildə ingilis təbiətşünası Corc Şou tərəfindən "Vultur californianus" adı ilə təsvir edilmişdir. Növün tip nümunəsi Vankuver ekspedisiyası zamanı Arçibald Menzis tərəfindən "Kaliforniya sahilindən" toplanmışdır. Əvvəlcə And kondoru ilə eyni cinsdə təsnif edilsə də, And kondorunun fərqli işarələri, bir qədər uzun qanadları və kiçik heyvanları öldürərək yemək meyli səbəbilə Kaliforniya kondoru öz monofiletik cinsinə daxil edildi. Cinsin adı olan "Gymnogyps" yunan dilində "çılpaq" və ya "tüksüz" mənasını verən "gymnos" və "leş quşu" mənasını verən "gyps" sözlərindən götürülmüşdür. Növün adı olan "californianus" isə onun Kaliforniyada yayılması ilə bağlıdır. "Kondor" sözü isə keçua dilindəki "kuntur" sözündən götürülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ quşları Kateqoriya:Cənub-qərbi ABŞ quşları Kateqoriya:Meksika quşları Kateqoriya:1797-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:25–29 ID olan Taksonbar