İvan Ballau ( , ) — Albaniyalı peşəkar futbolçudur. Hazırda İspaniyanın "Rayo Vallekano" klubunda və Albaniya milli futbol komandasında sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.
Tam adı, İvan Salvador Balliu Kampenidir. İvanın atası alban, anası isə ispandır.
Karyerası
Klub İspaniyada doğulmuş İvan, kiçik yaşlarında "UE Caldes" futbol məktəbinə gedir. Daha sonra, 2001-ci ildə, İspaniyanın Jirona klubunun uşaq məktəbinə qoşulur.
Balliu 2004-cü ildə Barselona klubunun akademiyasına qoşulmuş və 2011-ci ildə Barselona B komandasında peşəkar karyerasına başlamışdır. 2010/11 mövsümündə o, Barelona klubunun ikinci komandası olan "Barselona B" komandasında debüt edərək mövsümdə iki oyun keçirir. Ümumilikdə İvan “Barselona B”nin heyətində əlli üç oyun keçirib. 30 may 2013-cü ildə o, klubla müqaviləsinə xitam verir.El Club ha comunicat la baixa a Gus Ledes, Balliu, Lobato i Luis Alberto per a la temporada vinent (Club announces that Gus Ledes, Balliu, Lobato and Luis Alberto will not stay for next season) ; 7 iyun 2013
2013-cü ildə Portuqaliyanın "Arouka" klubuna transfer olur və klubla 2 illik müqavilə imzalayır.Iván Balliu assina por duas épocas (Iván Balliu signs for two seasons) ; Record, 21 iyul 2013 Sentyabrın 1-də o, Portuqaliyanın yüksək liqasında "Rio Ave" klubu ilə oyunda, "Arouka" klubunda debüt edir. İvan "Arouka"da iki mövsüm ərzində 58 oyunda iştirak edir.Ivan Balliu debuta i l´Arouca guanya el seu primer partit (Ivan Balliu makes debut and Arouca wins first match) ; Diari de Girona, 3 sentyabr 2013
2015-ci ildə azad agent kimi Fransanın "Metz" klubuna keçir və klubla iki illik müqavilə imzalayır. Ümumilikdə "Metz" klubunda dörd mövsüm keçirmiş və burada 104 oyunda 1 qol vurmuşdur.
2019-cu ildə İspaniyanın Almeriya klubuna transfer olur və burada 62 oyunda meydana çıxaraq 1 qol vurur.
2021-ci ildə İspaniyanın Rayo Vallekano klubuna keçmiş və 2025-ci ilin aprel ayına qədər 125 oyunda meydanda olaraq 1 qol vurmuşdur.
Milli komanda Balliu, İspaniyanın U16 və U17 komandalarında çıxış etdikdən sonra 2017-ci ildə Albaniya milli futbol komandasına qoşulmuşdur. O, Albaniya millisində 19 oyunda iştirak etmişdir.
Uğurları
Metz
Liqa 2 Çempion: 2018–19
İstinadlar
Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Mets FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Barselona B FK futbolçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular