Rauf Mehdiyev (17 oktyabr 1976, Bakı, Azərbaycan SSR) — keçmiş azərbaycanlı futbolçu, Azərbaycan milli futbol komandasının sabiq qapıçısı. Simurqda aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi.

Karyerası Azərbaycan milli futbol komandasının sabiq qapıçısı 20 illik oyunçu karyerası ərzində yalnız yerli klublarda çıxış edib. O, 1992-ci ildən etibarən İnşaatçı Sabirabad, Tərəqqi, Azəri Bakı, Neftçi Bakı, Fərid Bakı, OİK, Şəmkir, Qarabağ, Bakı, Olimpik və Karvanın formasını geyinib. Neftçinin heyətində 3, Şəmkirdə isə 2 dəfə çempionluq sevinci yaşayıb. 2012-ci il avqustun 1-də flaqmanın İsraildə Hapoel (Kiryat-Şmona) ilə keçirdiyi oyunda 0:4 hesablı məğlubiyyətində günahkarlardan biri sayılıb. Nəticədə Mehdiyev müdafiəçilər Rail Məlikov və İqor Mitreski ilə birgə heyətdən kənarlaşdırılıb. 37 yaşlı qapıçı yeni komanda tapa bilməyib. O, fevralın 18-də futbolçu karyerasını başa vuraraq, Simurqda aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi təyin olunub. Təcrübəli qapıçı millimizin heyətində 5 oyuna çıxıb və 4 qol buraxıb.

İstinadlar

Xarici keçidlər Rauf Mehdiyev - National-Football-Teams profili

Həmçinin bax

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Kişi futbol qapıçıları