Ruslan Maarif oğlu Mirzəliyev (; ) — Ukraynanı təmsil etmiş cüdoçu. "Sidney-2000" Yay Olimpiya Oyunlarının iştirakçısı. Ukraynanın beynəlxalq dərəcəli idman ustası.

Həyatı 22 iyul 1977-ci ildə Ukrayna SSR-in Dnepropetrovsk şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Atası əslən Gədəbəydəndir.

1998-ci ildə Oviedo şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

"Sidney-2000" Yay Olimpiya Oyunlarına ilkin seçmə mərhələdən başlayan Ruslan, ilk görüşündəcə Belçika təmsilçisi Sedrik Taymansa məğlub olaraq mübarizəni dayandırıb.

2001-ci ildə Paris şəhərində baş tutmuş Avropa çempionatında yeddinci olub.

Şəxsi həyatı Kiçik qardaşı Renat da peşəkar cüdoçudur.

İstinadlar

Xarici keçidlər Ruslan Mirzəliyev Ijf.org saytında

Kateqoriya:Ukrayna cüdoçuları Kateqoriya:Cüdo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Ukrayna azərbaycanlıları