Subyektiv ikili sindromu — İnsanın özünün eyni görkəmdə, amma fərqli xarakter xüsusiyyətləri olan bir ikiliyə sahib olduğunu düşündüyü nadir Doppelqanqer (yalan inanclar) sindromu.

Mahiyyəti Bu ikili, öz həyatını yaşayan bir başqa şəxs kimi təqdim edilir. Bəzən xəstə bir neçə ikilinin mövcud olduğuna inanır və bu ikililər hər hansı bir şəxsə, məsələn, tanımadığı birinə və ya yaxınlarına, əks oluna bilər. Sindrom adətən şizofreniya və ya psixozlu hallüsinasiyalar kimi başqa zehni xəstəliklərlə müşayiət olunur.1978-ci ildə Yunan-Amerikalı psixiatr George Christodoulou tərəfindən tərif edilmişdir, lakin nadir və az rast gəlinən bir xəstəlikdir.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Sindromlar