Naja mossambica (Mozambik tüpürən kobrası) — Afrikaya məxsus yüksək dərəcədə zəhərli bir "tüpürən kobra" növü.

Taksonomiya

Bu növ 1854-cü ildə alman təbiətşünası Vilhelm Peters tərəfindən təsvir edilmişdir. www.reptile-database.org.

Təsvir

Bu ilanın rəngi bozdan maviyə, zeytun və ya qəhvəyi-qara rəngdədir, bəzi və ya bütün pulcuqların kənarları qara rəngdədir. Qarın hissəsi somon çəhrayıdan bənövşəyi-sarıya qədər dəyişir, boğazda qara zolaqlar və qarın pulcuqları qəhvəyi və ya qara ləkələrlə örtülüdür. Cavan nümunələrdə bəzən boğazda çəhrayı və ya sarı zolaqlar olur. Yetkin fərdlərin orta uzunluğu 90 sm ilə 105 sm (3–3,5 fut) arasındadır, lakin ən böyük qeydə alınmış nümunə Cənubi Afrikanın KvaZulu-Natal əyalətinin Durban şəhərində 154 sm (5 fut) uzunluğunda bir erkək fərd olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Afrika ilanları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər