Xəzər kobrası (Naja oxiana) — Həmçinin "Fars kobrası" və ya "Rus kobrası" adlanan, Aspidlər fəsiləsinə aid yüksək dərəcədə zəhərli bir ilan növü. Bu növ Mərkəzi Asiyaya endemikdir.

Taksonomiya Baltik almanı olan Karl Eyhvald, hazırkı Sankt-Peterburqda anadan olmuş bir həkim və təbiətşünas idi. O, Xəzər kobrasını ilk dəfə 1831-ci ildə "Tomyris oxiana" adı ilə təsvir etmişdir. Bu növ əsasən XX əsrin böyük bir hissəsində Hindistan kobrası ("Naja naja")nın yarımnövü hesab edilirdi. Fərdi növlər daxilində rəng və ölçü baxımından yüksək dərəcədə dəyişkənlik sinifləndirməni çətinləşdirirdi, lakin genetik təhlillərin meydana çıxması ilə bu vəziyyət dəyişdi.

Yayılması "Naja oxiana" Xəzəryanı regionda yayılmışdır. Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistanın cənub-qərbi, Fərqanə vadisi, Əfqanıstanın şimalı və şərqi, İranın şimal-şərqində rast gəlinir. Bu növ Pakistanın böyük bir hissəsində, Bəlucistan və Sinddən Gilgit-Baltistan və Azad Kəşmirədək yayılsa da, Pakistanın şimal yarısında daha çox rast gəlinir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pakistan sürünənləri Kateqoriya:İran sürünənləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Hindistan sürünənləri