Şeyx Sultan ibn Məhəmməd Əl Qasimi (ərəb. الشيخ الدكتور سلطان بن محمد القاسمي) — Şarja Əmirliyinin hazırkı və 11-ci hökmdarı və 1972-ci ilin yanvarından Birləşmiş Ərəb Əmirliklərinin Federal Ali Şurasının üzvü.

Şeyx Sultan ibn Məhəmməd Əl Qasimi tarixi nəşrləri, təhsilə dəstəyi və mədəni abidələrin qorunması ilə tanınır. O, 1970-ci ildə Şarjada Əl Hisn Qalasını bərpa etdi və 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin ilk Təhsil Naziri vəzifəsində çalışmışdır. Akademik olaraq, o, Yaxın Şərq və Şimali Afrika ilə bağlı çoxsaylı tarixi sənədlər, habelə xatirələr, araşdırmalar, romanlar, şeirlər və pyeslərin müəllifidir.

Erkən həyatı və təhsili Şeyx Sultan ibn Məhəmməd Əl Qasimi 2 iyul 1939-cu ildə Şarjada anadan olub. 1948-ci ildə doqquz yaşında olarkan Eslah Əs Qasimiyyə məktəbinə daxil olur. Şarja, Küveyt və Dubay şəhərlərində ibtidai və orta təhsilini başa vurduqdan sonra Əl Qasimi Qahirə Universitetində Kənd təsərrüfatı mühəndisliyi üzrə bakalavr təhsili almağa davam etdi və 1971-ci ildə oranı bitirdi. O, 1985-ci ildə Böyük Britaniyanın Ekseter Universitetində tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə isə Darem Universitetində Fars körfəzinin siyasi coğrafiyası üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Karyerası

Təhsil naziri 1971-ci ilin dekabrında Sultan ibn Məhəmməd Əl Qasimi Əmirliyin ilk təhsil naziri təyin edildi.

1997-ci ildə Əl-Qasimi Şarja Amerika Universitetinin və Şarja Universitetinin prezidenti idir. 1998-ci ildə Ekseter Universitetinin dəvətli professoru oldu. 1999-cu ildə Şarja Universitetində Müasir Körfəz tarixi üzrə professor, 2008-ci ildə isə Qahirə Universitetinin dəvətli professoru oldu.

Şarja hökmdarı Sultan ibn Məhəmməd Əl Qasimi 25 yanvar 1972-ci ildə, qardaşı Xalid ibn Məhəmməd Əl-Qasimi öldürüldükdən sonra, onun yerinə əmir oldu. Əl Qasimi hakimiyyətə gəldikdən sonra davamlı olaraq Şarjaya rəhbərlik edir.Jessup, John E. (1998). "An encyclopedic dictionary of conflict and conflict resolution, 1945–1996", p. 773, Greenwood Press.

Sultan 25 yanvar 2022-ci ildə Şarja hökmdarı kimi 50 illik yubileyini qeyd etdi.

Yazıçı karyerası 2020-ci ildə Əl-Qasiminin "1507-ci ilin sentyabrında Portuqaliya işğalına Xor Fakkanın müqaviməti" kitabı əsasında "Xor Fakkan" tarixi filmi nümayiş olundu. Film XVI əsrdə Xor Fakkan şəhərinin Portuqaliya işğalına qarşı müqavimətindən bəhs edir.

2023-cü ilə qədər Əl-Qasimi tarixi, ədəbi və teatr əsərləri də daxil olmaqla 82 kitabın müəllifidir.

Fəxri ordenləri və mükafatları Dövlət ordeni : Birləşmiş Ərəb Əmirlikləri — Zayed ordeni

Xarici ordenləri : Belçika — Leopold ordeni : Misir — Respublika Ordeni : — Fransa İncəsənət və ədəbiyyat ordeni Fəxri legion ordeniSharjah 25 : — Almaniya. Almaniya Federativ Respublikasının xidmətlərinə görə orden

Fəxri fərmanları Əl Qasimi sosial elmlər, hüquq, elm və incəsənət sahələrində təhsilin təşviqində gördüyü işlərə görə müxtəlif qurumların çoxsaylı fəxri fərmanlarına layiq görülüb. + Dərəcələri Ölkə Tarix Universitet Dərəcə 1983 Faisalabad Universiteti Elmlər doktoru (DSc) 1986 Xartum Universiteti Hüquq elmləri doktoru 2020 Sudan Elm və Texnologiya Universiteti Fəlsəfə doktoru 1993 Ekseter Universiteti Ərəb və İslam elmləri üzrə doktor 2001 Edinburq Universiteti Humanitar elmlər üzrə doktor 2003 Saut-Benk Universiteti Fəxri hüquq elmləri doktoru 2008 Şeffild Universiteti İncəsənət elmləri doktoru 1995 Rusiya Elmlər Akademiyası Tarix elmləri doktoru 2001 Malayziya Beynəlxalq İslam Universiteti Fəlsəfə doktoru və təhsil elmləri doktoru 2004 Mak Master Universiteti Fəxri hüquq elmləri doktoru 2006 Tübingen Universiteti Fəlsəfə doktoru 2008 İordaniya Universiteti Dövlət idarəçiliyi doktoru 2009 Qahirə Universiteti Humanitar elmlər üzrə doktor 2015 Qahirədə Amerika Universiteti Sosial elmlər doktoru 2010 Kanazava Universiteti Fəxri doktor 2011 Hanyang Universiteti Sosial elmlər doktoru 2012 Paris Didro Universiteti Humanitar elmlər üzrə doktor 2017 Kalikut Universiteti Təhsil və Mədəniyyət üzrə doktor 2018 Koimbra Universiteti Fəxri doktor 2019 Turin Politexnik Universiteti Şəhər və Regional İnkişaf üzrə doktor 2019 Madrid Muxtar Universiteti Fəxri doktor

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Ərəb sülalələri Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:BƏƏ siyasətçiləri Kateqoriya:Əmirlər