Cryptospiza salvadorii (Həbəş qızıl qanadlı quşu) — Həmçinin "Efiopiya qızıl qanadlı quşu", "Salvadorinin qızıl qanadlı quşu" olaraq da tanınan, şərqi Afrikada yayılmış, "Estrildidae" fəsiləsinə aid olan bir quş növü.

Təsviri

Həbəş qızıl qanadlı quşu, kiçik, çəhrayı-boz rəngli, utancaq bir quşdur. Parlaq qırmızı qanadları, örtücü təbəqəsi, arxası və qarnı ilə fərqlənir. Bu quşda cinsiyyət dimorfizmi mövcuddur. Erkək quşların başı və üst hissəsi boz-yaşıl rəngdədir, qalan üst hissələri isə dərin qırmızı rəngdədir. Dodaq altı sarımtıl, digər alt hissələri isə boz-yaşıl rəngdədir. Bəzi tərəf tüklərində isə qırmızı uclar vardır. Dırnaqları qara, gözləri və ayaqları tünd qəhvəyi rəngdədir. Dişi quş isə erkək quşa bənzəyir, lakin üst hissələrində daha solğun qırmızı rəngə və alt hissələrində daha açıq yaşıl rəngə malikdir. Gənc quşlar isə üzərlərində yalnız qırmızı ləkələr olan daha boz rəngdədir. Bu quşun uzunluğu 10-11 sm (3.9-4.3 inç) arasında dəyişir və çəkisi 10.9-14 q təşkil edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1892-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Afrika quşları