Zoran Knejeviç (serb. Zoran Knežević / Зоран Кнежевић, d. 23 avqust, 1949, Osiyek) — Yuqoslaviya və Serbiya astronomu, Serbiya Elmlər və İncəsənət Akademiyasının hazırkı prezidenti (2023-cü ildən), 2002–2014-cü illərdə Belqrad Astronomiya Rəsədxanasının direktoru.

Bioqrafiyası 1972-ci ildə Belqrad Universitetinin Təbiət-Riyaziyyat fakültəsini bitirib, 1976-cı ildə eyni universitetdə magistr təhsilini başa vurub. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. 1973–2016-cı illərdə Belqrad Astronomiya Rəsədxanasında çalışıb və müxtəlif vəzifələrdə olub. 2002–2014-cü illərdə bu rəsədxananın direktoru olub. 13 noyabr 1980-ci ildə Paolikki adlı kiçik planeti (3176) kəşf edib.Minor Planet Discoverers (by number)  (ing.). Minor Planet Center (21 may, 2018). 2002–2014-cü illərdə Serb Astronomiya jurnalı və Belqrad Astronomiya Rəsədxanasının nəşrləri jurnallarının baş redaktoru və məsul redaktoru olub. Üç beynəlxalq elmi məqalə toplusunun həmmüəllifidir.

Günəş sistemindəki kiçik göy cisimlərinin hərəkət nəzəriyyəsi sahəsində tədqiqatlar aparır, bu sahənin ən tanınmış tədqiqatçılarından biri sayılır. Bir çox beynəlxalq astronomiya təşkilatının, o cümlədən Beynəlxalq Astronomiya İttifaqının üzvüdür. 150-dən çox elmi işin müəllifidir ki, onların çoxu asteroidlərin kütlələrinin və orbitlərinin müəyyənləşdirilməsinə həsr olunub. O, xüsusi olaraq kiçik planetlərin xaotik hərəkətləri, astroqrafik və fotometrik tədqiqatlar, Günəş sistemindəki dinamik proseslər kimi məsələlərlə maraqlanır. Kiçik göy cisimlərinin hərəkətinin analitik nəzəriyyəsi sahəsində də töhfələri olub.

2009-cu ildə Serbiya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, 2015-ci ildə isə akademik seçilib. Fizika, riyaziyyat və geologiya bölməsinin üzvüdür. 2015–2020-ci illərdə həmin bölmənin katib müavini olub. 2017–2022-ci illərdə Elmi Komitənin sədri, 2020–2023-cü illərdə Serbiya Elmlər və İncəsənət Akademiyasınının baş katibi olub. 2023-cü ildə Akademiyanın prezidenti seçilib.

İngilis, italyanZoran Knežević (serb.). Astronomija.  və rus dillərini bilir.

Mükafatlar və təltiflər 23 dekabr 1988-ci ildə onun adı asteroid (3900) Knejeviçə verilib.MPC/MPO/MPS Archive  (ing.). Minor Planet Center. Bu asteroid 14 sentyabr 1985-ci ildə Edvard Bouell tərəfindən kəşf olunub. Bu təklifi italiyalı astronom Vincenzo Zappala irəli sürüb.

Belqrad Astronomiya Rəsədxanasının inkişafına verdiyi töhfəyə görə (1996, 2017), elmi fəaliyyətinə görə isə 2013-cü ildə təltif edilib.

İstinadlar Kateqoriya:Asteroid kəşf edənlər