Əs-Səhifətus-Səhihə () — ilk yazılı hədis mənbələrindən biri.

Əsər Əsər "Səhifətu-Həmmam ibn Münəbbih" () də adlanır. Əsər dövrümüzə qədər gəlib çatmış ilk yazılı hədis mətnlərindən biridir. Həmmamdan Məmər ibn Rəşid, ondan tələbəsi Əbdürrəzzaq əs-Sənani, ondan da Əhməd ibn Hənbəl, Buxari və Müslim kimi mühəddislər bu məcmuəni rəvayət etmişlər. Bu əsərdə Allahın sifətləri, sünnənin əhəmiyyəti, namaz, oruc, cihad, tövbə, əxlaq, keçmiş ümmətlər, peyğəmbərlər, cənnət və cəhənnəm kimi mövzularda 139 (bəzi mənbələrdə 138 və ya 136) hədis yer alır.

Müəllif

Əsərin müəllifi tabiin nəslinə mənsub olan Həmmam ibn Münəbbihdir. O, Yəməndə doğulmuş və orada da vəfat etmişdir.

Nəşrlər Əsər müxtəlif tarixlərdə Heydərabadda, Parisdə, Qahirədə, Beyrutda, Ankarada və İstanbulda dəfələrlə nəşr edilmiş, ingilis, fransız, urdu və türk dillərinə tərcümə edilmişdir.

İstinadlar

Kateqoriya:Ərəb dilində kitablar Kateqoriya:Sünni hədis topluları