Əlirza Mustafa oğlu Əlirzayev () — Azərbaycan-sovet tikinti briqadiri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1990–1991), SSRİ Dövlət mükafatı laureatı (1988).
Həyatı Əlirza Mustafa oğlu Əlirzayev 28 fevral 1940-cı ildə Qazax rayonunun Əzizbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Sumqayıt Politeknik Texnikumunu bitirmişdir. 1959–1962-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
Əlirza Əlirzayev 1963-cü ildən 7 nömrəli trestin 74 nömrəli tikinti idarəsində yol işçisi, montajçı və krançı köməkçisi işləmişdir. 1965-ci ildən krançı işləmiş, 1976-cı ildən isə "Azərsənayetikinti" istehsalat birliyinin Sumqayıt şəhərində yerləşən 3 nömrəli ev tikintisi kombinatının 103 nömrəli tikinti idarəsində montajçılar briqadasının briqadiri olmuşdur.
Əlirza Əlirzayev 1978-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1990-cı ilin iyulun 13-də isə Sov. İKP Mərkəzi Komitəsinin (XXVIII qurultay) üzvü seçilmişdir.
1988-ci ildə ev tikintisi və divar materialları istehsalının genişləndirilməsi sahəsində verdiyi töhfələrə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
2000-ci il may ayının 25-də Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Rusiya vətəndaşlığına qəbul edilmişdir.
Xarici keçidlər
Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXVIII qurultayının nümayəndələri