Sabirkənd (əvvəlki adı: Sabir) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Sabir kəndi Sabirkənd adlandırılmışdır.
Tarixi 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Mədəniyyəti Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.
Coğrafiyası və iqlimi Rayon mərkəzindən 23 km şimal-şərqdə, Ordubad-Naxçıvan avtomobil yolunun sağ kənarında, Arazın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.
Əhalisi Əhalisi 1128 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İqtisadiyyatı Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur.
Həmçinin bax Ordubad rayonu
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri